AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
22 Sent

Tutanhamonun "lənəti" - 2

Bu məqaləni qiymətləndir
(4 səs)

 Əslində heç bir lənətlənmə olmayıb. Bu sadəcə bir qəzet şaiyəsi olub...

 Firon lənəti”nin tarixçəsi Hovard Karterin ekspedisiyasının 1922-ci ildə Tutanhamonun sərdabəsinin arxeoloji qazıntıları zamanı Qahirənin “Dehli Ekspress” qəzetinin müxbirinin uydurduğu sensasion bir şaiə ilə başlayıb. Sonra bu məqalə Amerikanın “New-York Times” qəzetlərində təkrarən dərc olunmuşdur. Məqalədə sərdabədən tapılmış sirli yazı haqqında məlumat verilirdi. Guya yazıda deyilirdi ki, sərdabəni açıb fironun ruhunu narahat edənləri vaxtından əvvəl ölüm gözləyir. Əslində isə sərdabədən belə bir yazı tapılmamışdır. Sərdabədə yazılı lövhə isə itbaşlı ilahə Anubisin heykəlinin yanında tapılıbmış və müdafiə xarakterli yazı imiş. Yazıda deyilirmiş: “Mən imkan vermərəm ki, qumlar boğsun bu sirli sərdabəni. Mən burdayam....ölənləri qorumaq üçün.”

 Tutanhamonun lənəti..?

 Hələ H.Karterin ekspedisiyasından əvvəl qara magiyaya çox inanan Artur Konan Doyl mətbuatda “dəhşətli lənət”in toxumunu səpmişdir. Həqiqət onu göstərir ki, “Firon lənəti” deyilən şey, Artur Konan Doylun, Mariya Korellinin və s... sadəcə bir yazıçı təxəyyülündan doğan bir uydurmadır.  Belə bir “lənətlənmə”nin bədii obrazını isə ilk dəfə gənc ingilis qadın yazıçı Ceyn Loudon Vebb özünün “Mumiya” əsərində yaratmışdır.

 Həqiqət isə bundan ibarətdir ki, Qədim Misir sərdabələrinin heç birindən “lənətlənmə” ilə bağlı heç bir yazı tapılmamışdır. “Lənətlənmə” ilə bağlı aparılan tədqiqat işlərindən isə belə məlum olmuşdur ki, “firon lənəti” ilə əlaqələndirilən ölüm hadisələrinin 26-sından, yalnız 6-sı sərdabənin açılışından sonrakı ilk10 ilində baş vermişdir. Sonrakılar isə 10 ildən daha sonrakı illərdə dünyasını dəyişmişlər. “Lənətlənmə”nin əsas  “nişangahı” olan Karter isə sərdabənin açılışından düz 17 il sonra dünyasını dəyişmişdir.

 Bu məşhur “lənətlənmə” fərziyyələri indiyədək insanların şüurunda qalmaqdadır. Belə ki, hələ 1970-ci illərin əvvəllərində Tutanhamonun sərdabəsindən tapılan əşyaların Qərb ölkələrində sərgilənməsi zamanı mühafizəçinin qəflətən özünü pis hiss eləməsini də “fironun lənəti” ilə bağlayanlar az olmadı.

 2005-ci ildə Tutanhamonun mumiyası araşdırıldıqdan sonra məlum olmuşdur ki, 19 yaşlı firon çox arıq, 1,70 sm boylu, səfeh görünüşlü olmuşdur. Ümumilikdə isə Tutanhamon heç də qardaşı tərəfindən öldürülməmişdir. O, ayağındakı açıq sınığın qanını zəhərləməsi nəticəsində dünyasını dəyişmişdir.

Azens.az

Orucova Jalə

Oxu 13078 dəfə