AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
09 Yan

Qar dənəciklərinin müthişliyi

Bu məqaləni qiymətləndir
(6 səs)

  Çox saylı tədqiqatlar nəticəsində Yer üzündə heç bir qar dənəcəyinin bir-birinə oxşamadığı araşdırılmışdır.

 Hər bir qar dənəcəyi 95% havadan ibarətdir. Məhz buna görə qarın enmə sürəti (saatda 0,9 kilometr) olduqca zəifdir. Qar dənəsi suyun kristallaşması nəticəsində meydana gəlir və qar dənəsinin mərkəzində toz parçaları vardır. Bu toz parçaları olmasa qar kristallaşa bilməz. Çünki adi su -40 dərəcədə belə kristallaşmır.

  Qar dənələri o qədər yüngüldür ki, yerə tam enmələri bəzən 3 saat da çəkə bilir. Hər bir qar dənəcəyi müxtəlif formalıdır və bir-birinə heç oxşamır. Qarın üstündə addımlayarkən xışıltı səsi eşidilir, bu xışıltı səsi bir-birinə sürtülən və sınan qar dənələrənin səsidir.

  Ən böyük qar dənəcəyi 1987-ci il 28 yanvar ABŞ-a yağmışdı. Onun diametri 38 sm. təşkil edirdi.

  AZENS.AZ

 

Oxu 75516 dəfə

Şərh verin.

Comments.