AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
03 İyul

Nostradamusun gerçəkləşən 7 əsas öncəgörməsi

Bu məqaləni qiymətləndir
(10 səs)

  1503-cü il dekabrın 14-də Fransanın Sen–Remi–de–Provans şəhərciyində dünyaya gəlmiş yəhudi əsilli Mişel de Nostrdam bütün dünyada Nostradamus kimi tanınmışdır.

  O,  minlərə dördmisrali şeirlər yazmışdır ki, bu şeirlər vasitəsilə də dünyanın sonunadək nələr baş verəcəyini  əvvəlcədən hamıya çatdırmağa çalışmışdır. Nostradamusun gerçəkləşən 7 əsas öncəgörmələrini oxucularımıza təqdim edirik:

      1. 1559-cu il iyulun 10-da kral II Henrix qraf Monthomeri ilə təkbətək yarış – döyüş zamanı qraf tərəfindən gözündən ağır yara alır və kral II Henrix dünyasını dəyişir. O zamanlar sağ olan Nostradamus bu hadisə haqda əvvəlcədən öz şeirində belə söyləmişdir:

           Cavan şir Qocanı məğlub edəcək,

           Ona döyüşlərdə qalib gələcək.

           Cavan nizəsilə vurub çıxarıb,

           Qocanın gözünü yerə tökəcək.

 Bu hadisədən sonra Nostradamusun şeirlərilə tanış olanlar onun şeirlərində yazdıqlarını bir peyğəmbərlik kimi qəbul etməyə başladılar.

      2.  İki nizələrin birləşməsində,

          Yarı bədənin  altı mislində,

          Açıq qayçının da altı mislində,

          Hakimiyyət qüdrətli əllərə keçəcək.   

Burada “iki nizənin birləşməsində”  dedikdə - “M” hərfi nəzərdə tutulur. Bu da Rum rəqəmlərində - 1000 ədədini bildirir. “Yarı bədənin altı mislində” dedikdə -  Yarı bədən “C” hərfidir. Bu da – 100 ədədi deməkdir. “Altı misli” dedikdə isə - yəni 100-ün altı misli (100x6), o da 600 mənasındadır. “ Açıq qayçının da altı mislində” dedikdə, X hərfi nəzərdə tutulur. Bu da rum rəqəmilə 10 ədədini göstərir. “Açıq qayçının da altı mislində” deməklə, Nostradamus 10x6, yəni – 60 nəzərdə tutmuşdur. Beləliklə də, bu misraları birləşdirən də - 1660 ədədi alınır. “Hakimiyyət qüdrətli əllərə keçəcək” deməklə, Nostradamus əvvəlcədən söyləmişdir ki, 1660-cı ildə XIV Lüdovik hakimiyyətə gələcək və Fransa çox qüdrətli bir dövlətə çevriləcək. Nostradamusun bu peyğəmbərliyi tam dəqiqliyi ilə gerçəkləşmişdir.

  1. Yadellilərlə döyüş gedəcək,

Buna səmalar şahidlik edəcək,

            Min yeddi yüz üçüncü ildə.

            Adında beş olan taxta keçəcək.

Burada isə 1703-cü ildən 1714-cü ilədək Fransa ilə İspaniya arasında gedəcək müharibə və Fransada taxta çıxacaq XIV Lüdovikin nəvəsi V Filipp barəsində əvvəlcədən tam dəqiqliyi ilə məlumat verilmişdir.

  1. İtaliya yaxınlığında uşaq doğulacaq,

Sonra o Fransada kral olacaq,

Həmin şəxs şahzadə olmaq əvəzinə,

Millətin canına qəssab olacaq.

Bu misralarda da Nostradamus Korsikalı Napoleon Bonapart haqqında əvvəlcədən dəqiq məlumat vermişdir.

  1. Yolda məktublar ələ keçəcək,

14 nəfər “xain” həbs ediləcək,

Gec də olsa, o şəxslər,

Sonralar..., əfv ediləcək....

Burada isə 14 nəfər dövlətə və dövlət başçısına xəyanətdə günahlandırılaraq mühakimə olunması haqda əvvəlcədən məlumat verilir. Doğrudan da, 1899-cu ildə zabit Alfred Dreyfusu öz tərəfdarları ilə birlikdə (14 nəfər) həbs edərək onları xəyanətdə günahlandıraraq, mühakimə etmişlər. Amma sonralar, yəni 1906-cı ildə gec də olsa zabit A. Dreyfus və onun tərəfdarları bəraət qazanmışlar.

  1. Qovulmuşlar yenidən geri dönəcək,

Öz düşmənlərinə əzab verəcək,

Inqilab edərək, qalib gələcək,

Bütün əhaliyə sərtlik edəcək...

Burada da Nostradamus sürgünlərdə olmuş bolşeviklərin qayıdaraq inqilablar etməsi, 1917-ci ildə hakimiyyətə gəlməsi və əvvəlki hakimiyyət üzvlərinə düşmən kəsilərək, hamıya sərt üz göstərəcəkləri haqda əvvəlcədən məlumatlar vermişdir.

  1. 50-ci enlikdən bir nəfər kişi,

 Xeyirxah olacaq onun hər işi,

 Dəyişiklik edəcək kilsələrdə o,

 Həmişə qalacaq ürəklərdə o...                                                                                   

Bu misralarda Nostradamus 50-ci enlik dedikdə, Polşanı nəzərdə tuturmuş, Polşa dünya xəritəsində 50-ci enlikdə yerləşir. Kilsələrdə demokratik yeniliklər edən isə polşalı Roma papası  İohann II Pavel olmuşdur.

  ((Məqalədəki bütün katrenlərin (şeirlərin) tərcüməsi Orucova Jaləyə məxsusdur))

  AZENS.AZ

Oxu 123668 dəfə

Şərh verin.

Comments.