AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
14 Apr

Günəş və Ay tutulması necə baş verir?

Bu məqaləni qiymətləndir
(28 səs)

 Ay, Yer ilə Günəş arasında olduqda Ay və Günəş  disklərinin  mərkəzi dəqiq şəkildə üst -üstə düşərkən Günəş tutulması baş verir.

  Yaxud da elə olur ki,  bədrlənmiş Ay zamanı Yer onun üzərinə kölgə salır və bu zaman Ay tutulması baş verir.

  Ay Yerə oxşamır. Ayda canlı aləm, bir damcı su, ətrafında hava təbəqəsi – atmosfer də yoxdur. Əgər Aya durbinlə diqqətlə baxsanız onun səthindəki kələkötürlüyü, yəni – Ay dağlarını görə bilərsiniz.

  Tam Günəş tutulması zolağının eni 270 kilometrdən böyük olmur. Odur ki, tam Günəş tutulması aramsız olaraq qərbdən şərqə tərəf “sürüşən” çox ensiz zolaqda müşahidə olunur.

  Bunun səbəbi Yerin ətrafında böyük sürətlə dolanan Ayın kölgəsinin Yerin səthində 1 kim/san sürətlə şərqdə tərəf “qaçmasıdır” (məsələn, Avropadan Asiyaya, yaxud Cənubi Amerikadan Atlantik okeanından keşməklə Afrikaya tərəf). Əsasən bu səbəbdən də Yerdə tam tutulma zolağında olan bir məhəldə tutulma 7 dəqiqədən uzun çəkmir; çox zaman isə 2-3 dəqiqə davam edir. Hər il ən azı iki Günəş tutulması baş versə də eyni bir məhəldə-ərazidə xüsusilə tam Günəş tutulması zamanı nadir hadisədir-200-300 ildə bir dəfə.

  AZENS.AZ

Oxu 32534 dəfə

Şərh verin.

Comments.