AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
29 Apr

Zodiak bürclərinin yaranması

Bu məqaləni qiymətləndir
(8 səs)

  Zodiak -  səmada görsənən 12 bürc. Avropa mədəniyyətinə Qədim Yunanstandan gəlmişdir ki, bunun da kökü daha qədimlərə gedir.

 Qədim xalqlar olan Vavilonlulardan götürülmüşdür.

  Zodiak bürcləri sistemi eramızdan əvvəl VIII əsrdə formalaşmışdır. O zamanlar insanlar zodiak bürclərinə daha çox inanırdılar, nəinki, hər hansı bir riyazi hesablamalara. Hətta həyat dövrlərini də zodiak bürclər ilə müəyyənləşdirirdilər. Doğuluşdan ölənə qədər özünüdərki, hətta bütün Kainatın keçmişini, indisini və gələcəyini də zodiak bürcləri ilə müəyyən edirdilər.

  Zodiak bürclərinə təbiətdə olan heyvanların surətləri daxil edilmişdir. Müxtəlif xalqlara məxsus mifologiyalarda dünyanın yaranmasında əsas rolun məhz heyvanlara  aid olduğu bildirilir. Elə bu səbəbdən də zodiak bürcləri müxtəlif heyvan surətlərindən tərtib olunmuşdur.

  Əvvəlcə heyvanları - qütblərlə, fəsillərlə, təbiət hadisələri ilə, təbii qüvvələrlə, aylarla əlaqələndirmiş və sonda onları  zodiak bürcü sistemində dairəvi düzmüşlər.

  Çox maraqlıdır ki, səmadakı müxtəlif heyvan formalı ulduz yığınından tərtib olunmuş zodiak bürcləri demək olar ki, dünyanın hər tərəfində eyni vaxtda peyda olmuşdur. Praktiki olaraq zodiak burclərindən qədim Vavilonda, qədim Çində, Amerika hindularında belə eyni vaxtda istifadə olunmağa başlamışdır. Həmin dövrlərdə zodiak bürcləri əsasında müxtəlif sxemlər tərtib olunurdu və insan həyatında olan və ola biləcək  hər bir şeyi bu sxemlərlə müəyyən edirdilər. Bu sahənin öz alimləri, öz biliciləri var idi. Keçmiş zamanlarda zodiak sisteminə inam həddən artıq böyük idi.

  Müasir dövrümüzdə də zodiaklara maraq göstərən kifayət qədər insan var. Tanış olduqda ilk öncə qarşısındakının bürcünü soruşan insanlara az rast gəlirmirik.

  AZENS.AZ

Oxu 25981 dəfə

Şərh verin.

Comments.