AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
25 Sent

Edam edilərək öldürülən Liderlər

Bu məqaləni qiymətləndir
(2 səs)

Dünya tarixinə adını yazmış elə liderlər var ki, həyatları kimi ölümləri də, tarixə damğasını vurmuşdur.

1 – Benito Mussolini

İtaliya Milli Faşist Partiyasının lideri olan Benito Mussolini II Dünya Müharibəsində Almaniya ilə birlikdə güclərini birləşdirmə düşüncəsiylə hərəkət etmiş, lakin İtalyanın Alman müstəmləkəsi olmasından azad edə bilməmişdi. Eyni zamanda etmiş olduğu faşist qırğınlarla tarixə düşən Mussolini döyüşün son günlərində İsveçrəyə qaçmağa çalışarkən, İtalyan partizanları tərəfindən tutularaq 28 aprel 1945-ci ildə vurularaq öldürülmüşdür.

 

2 – II Nikolay (Nikolay Aleksandroviç Romanov)

II Nikolay Rusiya İmperatorluğunun son çarı və Romanov sülaləsinin son üzvü olmuşdur. II Nikolay 1917-ci il fevral inqilabından sonra taxtdan düşmüş, “Oktyabr inqilabı"ndan sonra 1918-ci il 17 iyul gecəsi  arvadı Aleksandra və uşaqlarıyla birlikdə bolşeviklər tərəfindən evdə öldürülmüşdür.

 

3 - Sokrat

Sokrat yunan fəlsəfəsinin qurucuları arasında olub, məşhur "Bildiyim tək şey var; o da heç bir şey bilmədiyim"sözünün sahibi olan filosofdur. Sokrat gənc afinalıların beynini yumaqla və Tanrılara inanmamaqda günahlandırılaraq edam cəzasına məhkum edilmişdir. Qaçma fürsəti varkən üç uşağını və yoldaşını atmaq istəməyən Sokrat  ölümün özü üçün daha yaxşı olacağını düşünmüş və edam etdirilmə cəzasını qəbul etmişdir.

 

4 – Nikolae Çauşesku

Kominist Rumıniyanın lideri və 24 illik dövlət başçısı olan Nikolae Çauşesku xalq tərəfindən çıxan nümayişlər və Sovet əsgərlərinin müdaxiləsilə devrilmişdir. Çauşesku və həyat yoldaşı iki saat davam edən mühakimə nəticəsində 25 dekabr 1989-cu ildə güllələnərək öldürülmüşdür.

 

5 – Səddam Hüseyn

1979-ci ildə iqtidara gələn Səddam Hüseyn İraqın dövlət başçısı olmuşdur. 11 Sentyabr 2001-ci ildə Amerika Birləşmiş Ştatlarında baş verən terrorun ardından Səddam Hüseyn Amerikanın hədəfi olmuşdur. Corc Buşun rəhbərlik etdiyi ABŞ İraqda kütləvi qırğın silahlarının mövcud olduğunu iddia etmişdir və 20 mart 2003-cü ildə İraq işğal edilmişdir. Ölkənin məhvi ardından 13 dekabr 2003-cü ildə tutulan Səddam Hüseyn 30 dekabr 2006-ci ildə asılaraq edam edilmişdir.

 

6 – XVI Lüdovik

XVI Lüdovik 1774-1792-ci illərdə Fransanın kralı olmuşdur. Lakin Lüdovik Fransız İnqilabınin "günah keçisi" olaraq adlandırılmışdır. Kral Lüdovik xarici düşmənlərlə razılaşma etməsi səbəbiylə, "vətən xainliyi" ilə günahlandırılmış, ictimaiyyət qarşısında 21 yanvar 1793-cü ildə özü və 16 oktyabr 1793-cü ildə də həyat yoldaşı olan Kraliça Mariya Antoinette asılaraq edam edilmişdir.

 

7 – Adnan Menderes

Türkiyə Respublikasının Baş naziri olan Adnan Menderesin vəzifəsi  27 May 1960-ci ildə reallaşan hərbi zərbə ilə sona çatmışdır. Menderesin siyasi vəzifəsini icra etdiyi sıralarda haqqında istintaq başladılan 13 məhkəmənin 12-sində günahkar olaraq bilindi. Konstitusiya pozuntusuna, qanunsuzluğa görə 17 sentyabr 1961-ci ildə asılaraq edam edilmişdir.

 

8 – Müəmmər Qəddafi

1969-ci ildə Liviyada iqtidara gələn Müəmmər Qəddafi 1979-2011-ci illərdə rəsmi bir vəzifəsi olmadan 42 il ərzində Liviyanı idarə etmişdir. 2011-ci ildə `Ərəb Baharı`nın təsiriylə ölkədə yaranan vətəndaş müharibəsilə birlikdə 23 Avqust 2011-ci ildə Trablusgarp düşmüş və Qəddafi rejimi yıxılmışdır. 20 oktyabr 2011-ci ildə Müxaliflər tərəfindən tutulan Qəddafi vəhşicəsinə döyülərək öldürülmüşdür.

 

 AZENS.AZ \ Jalə Orucova

Oxu 5226 dəfə

Şərh verin.