AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
10 Noy

Atatürkün bilinməyən xüsusiyyətləri

Bu məqaləni qiymətləndir
(0 səs)

1.  Bədən ölçüləri

Boyu 1.74 idi. Həyatının son dövrlərinə qədər 76 olan çəkisi xəstəliyinin irəliləməyə başlamasıyla 46-a qədər düşmüşdü. 43 nömrə qara laklı ayaqqabı geyərdi.

2. "Ata" sözünü sevməzdi

"Atatürk" sözünü ilk dəfə dövrün Türk Dil Təşkilatı rəhbəri bir çıxışında istifadə etmiş, Mustafa Kamal da çox bəyənərək özünə soyadı olaraq seçmişdi. Özünə "Ata" deyə xitab edilməsindən heç xoşu gəlmirdi.

3. Ən sevdiyi yemək quru lobya və plov

Hərbi Lisey illərindən qalan bir vərdişlə həyatı boyunca ən sevdiyi yemək lobya və plov olaraq qalmışdı. Şirinə düşkün deyildi amma canı istədiyində çox sevdiyi gül mürəbbəsini seçərdi.

 

4. Köynəkləri ağ olurdu

Köynəklərinin hamısı ağ idi. Bu köynəklər ilk illərdə İsveçrədə xüsusi olaraq tikildikdən sonra yerli mal olaraq kampaniyaya liderlik edə bilmək üçün Beyoğlunda bir dərziyə tikilməyə verilirdi.

 

5. Ən böyük xəyalı dünya səyahətinə çıxmaq idi

Ömrü yetsəydi bir dünya turuna çıxıb, Türk dili və tarixi üzərində işlərini genişləndirmək ən böyük xəyalı idi.

 

6. Həmişə yanında olan kitabı Çalıquşu idi

Minlərlə kitabı var idi. Amma bunların arasında bir dənəsini həyatı boyunca hətta cəbhədə belə yanından ayırmadı. Rəşad Nuri Güntəkinin məşhur "Çalıquşu" romanını həmişə yanında daşıyar, hər gün təsadüfi bir hissəsindən açar, bir neçə səhifə oxuyardı.

 

7. Qan görməyə dözə bilmirdi

Cəbhələrdə düşmənlə əlbəyaxa döyüşmüş biri olaraq ən maraqlı xüsusiyyəti adi həyatda qan görəndə halının pisləşməsi idi.

 

8. Ən gözəl xatirələri

Ən gözəl xatirələrini Floryadakı Köşkündə yaşadı. Atatürk Floryada mənəvi qızı Ülkü ilə vaxt keçirməyi çox sevərdi. Atatürk üçün Ülkü Adatəpənin yeri çox ayrıydı. Floryada Ülkü ilə dənizə girər, sahildə vaxt keçirərdi.

 

9. Texniki fənnləri sevərdi

Təhsil həyatı boyunca ən müvəffəqiyyətli dərsi riyaziyyat idi. Texniki elmlərə marağı həyatı boyunca davam etdi.

 

10. İdmançı ruhu vardı

Güləşi çox sevərdi. Zaman-zaman köşkə pəhləvanları çağıraraq güləşdirir, pul yardımları edərmiş. Hər gün at çapardı, atıcılıq qabiliyyəti də yaxşı idi. Yaxşı üzər və mükəmməl bilyard oynayırdı.

 

AZENS.AZ

Oxu 5246 dəfə

Şərh verin.

Comments.