AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
12 Noy

Mamay xanın nəticəsi - İvan Qroznı

Bu məqaləni qiymətləndir
(0 səs)

Rus çarı III Vasili (1479-1533) övlad üzünə həsrət idi.

Həmin illərin şair təbli salnaməçisi 20 il uşaqsız həyat keçirən böyük knyaz Vasili haqqında yazırdı ki, qızıla tutulmuş örtülü arabasında şəhər ətrafında gəzməyə çıxan çarın gözü ağacdakı quş yuvasına sataşır. Yuvada civildəşən ətcəbala quşcuğazlara baxıb dərdli-dərdli ağlayır: - Quşlar da məndən xoşbəxtdir, - deyir. Nəhayət taxt-tacında öz varisini görmək istəyən çar Vasili gəzintidən evə ciddi niyyətlə qayıdır: - Yenidən evlənmək.

Çar ikinci dəfə evlənərkən bu nigah seçimində i.tirak edən kübar ailələrin qızları içində Yelena Qlinskayaya üstünlük verir, bu hündür boy-buxunlu gözəli bəyənir və qərarında qətiyyət göstərir. Ağıllı və gözəl Yelena Qlinskilər nəslindən idi. Vaxtilə məşhur olan - həm adlı-sanlı, həm də zəngin ailə sayılan Qlinskilər indi keçmiş şöhrətə malik olmasa da, Yelena xarici adətlər əsasında tərbiyə almış, patriarxal Moskva şəhərinin avam qızlarından fərqlənirdi. Yelena Qlinskayanın ulu babası Mamay xan olmuşdu.Qızıl Orda hakimi Mamay xan (...?-1380) türk sərkərdəsi və bahadırı kimi tarixdə çox geniş şöhrət tapıb.

Mamayın övladları rus dövlətçiliyi işində böyük xidmətlər göstərmişdi. Xristianlığı  qəbul etdikdən sonra onlar Qlinskilər kimi tanınırdılar. Mamayın ölümündən sonra  övladları mülk torpaqları olan Dnepr sahili torpaqlarına yerləşdilər. Xristianlığı  ilk olaraq Qlinsk və Poltava şəhərlərinin sahibi olan oğlu Mansur Kiyat qəbul edir. Mülk şəhəri olan Qlinsk şəhərini adını familiya götürür. Bu kübar ailə Litva  sarayı, ardınca Almaniya kübar dairələri ilə sıx əlaqələr saxlayıb, təhsili, təlim-tərbiyəni Almaniyada alırdılar. Yelena Mixail Qlinskinin qardaşı qızı idi, atası öldüyündən əmisi evində tərbiyə almışdı.

Yelenada ulu babasının hərisliyi özünü göstərməkdə idi; çox erkən dul qalan Yelena ərinin ölümündən sonra onun qardaşlarıyla qəddarcasına rəftar edir - onları türmədə saxlatdırdı.

Beləliklə, Rus taxt-tacının varisi, tarixə İvan Qroznı (qorxunc İvan) adı ilə düşən qüdrətli rus çarı IV İvanın ulu babası Mamay xan olmuşdur. İvan Qroznı qəsbkar idi: Volqaboyunun, Sibirin, Kazan, Astarxan torpaqlarının fəthi, bu xalqların xristianlaşdırılması onun dövründən başlayır.

Mamay xan rus tarixinə İvan Qroznını verdi. İvan Qroznı şərq hökmdarları sayağı öz övladlarını qətl etməklə səltənətini də puç etdi. Rus tarixində daim damarında türk qanı axan bu sülaləyə bununla son qoyuldu. Hakimiyyət başqa sülalənin, əslən Skandinav törəməsi olan Romanovların əlinə keçdi.

 

Oxu 4610 dəfə

Şərh verin.

Comments.