AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
11 Dek

Saçı ilə öldürülən Kösem Sultan

Bu məqaləni qiymətləndir
(1 Səs)

Qarşınızda günahları və savablarıyla tarix boyunca intriqaçı, övlad qatili, sərvət düşkünü olaraq xatırlanan Kösəm Sultan!

Morada bir keşişin qızı olaraq doğulan Kösəm Sultan basqınçılar tərəfindən əsir alınıb, Bosniya Bəylərbəyi tərəfindən saraya göndərilmişdi. Əsl adı Anastasiya idi. Saraya gəldiyi ilk andan etibarən dövrün padşahı I Əhməd daxil olmaqla, hər kəsi təsiri altına almağı bacarmışdı. Onu "ay üzlü" mənasını verən "Mahpeyker" adlandırırdılar.

Yalnız I Əhməd bütün qadınlarında daha çox sevdiyi Mahpeykərə “hər şeyi bilən, yol göstərən” mənasında verən Kösəmən deyə səslənirdi. 15 yaşındaykən I Əhmədin xanımı olmuş, qısa zamanda özündən yaşlı olan qadınların önünə keçmişdi.

Kösəm Sultan Mehmed, Murad, Qasım və İbrahim adlı şahzadələrdən başqa Ayşə, Fatma, Gövhər və Burnaz Atiyə sultanların da anasıdır.

Kösem Sultan ilk başlarda dinc bir həyat sürmüş, I.Əhməd ilə birlikdə dərgahlara getmiş və uşaqlarıyla maraqlanmışdır. Qüvvətli bir şəxsiyyəti olan I Əhməd uşaq yaşda taxta keçməsinə baxmayaraq atası kimi başqalarının təsiri altında qalmadığını sübut etməsi mövzusunda çox həssas idi. Kösem Sultan bu səbəblə I Əhməd dövründə siyasi işlərə çox qarışmazdı. I Əhməd ölümüylə Kösem Sultan 27 yaşında dul qaldı. 1617-ci il 22 noyabr gecəsi  həyat yoldaşının vəfat etməsi ona dərindən təsir etdi.

I Əhmədin ani ölümündən sonra saraydan uzaqlaşdırılsa da ilk oğlu IV Murad taxta keçdiyində saraya geri dönmüş, yaşı az olan oğlu yerinə ölkəni idarə etməyə başlamışdı. IV Murad hakimiyyətinə təhlükə yaradan iki qardaşının gözünün yaşına baxmadan öldürmüş, Kösem Sultan isə buna əngəl ola bilməmişdi.

Kösem Sultan həyatı boyunca öldürülmə qorxusu ilə psixologiyası pozulmuş İbrahimi dəli kimi qələmə verərək IV Muradın qəzəbindən xilas etməyi bacarmışdı. IV Murad öldükdən sonra isə İbrahim taxta gətiriləcək və ölkəni idarə etməyə başlayacaqdı.  "Dəli" ləqəbli İbrahim bir müddət sonra Kösem Sultanın idarəsindən çıxacaqdı, bu da artıq Kösem Sultanın gücünün itməsi mənasını verirdi. Kösəm Sultan oğlu İbrahimin öldürülməsinə etiraz etmədi.

Bir sıra haqsızlıqlardan sonra I İbrahimin həyat yoldaşı, IV Mehmedin anası Turhan Xədicə Sultan Kösem Sultana qarşı hərəkət etməyə başlamışdı. O da digər ağaları yanına çəkir və günbəgün güclənirdi. Turhan Xədicə Sultan Kösem Sultanın öz nəvəsi IV Mehmede hazırlatdığı sui-qəsd planlarını eşidincə hərəkətə keçdi.

Gəlin qayınana arasındakı hesablaşma Kösəm Sultanın sui-qəsdə qurban getməsiylə nəticələndi. Üç barmağı qırılıb, qulaqları cırılaraq ləl-cəvahiratları oğurlanmış, çubuq və silahlarla döyülərək yerlərdə sürüdüldükdən sonra öldü zənn edilərək Quşxana Qapısı yaxınlığına atılmışdı. Yaşadığı bilindikdən sonra isə öz uzun saçlarıyla boğularaq öldürülmüşdü.

 AZENS.AZ/ Jalə Orucova

Oxu 4103 dəfə

Şərh verin.

Comments.