AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
21 Mart

Mir Mövsüm Ağa (Ətağa)

Bu məqaləni qiymətləndir
(1 Səs)

Ağa Seyid Əli Mir Əbutalib oğlu Mir Mövsümzadə Allahın kəramət sahibi olmağa layiq gördüyü bəndələrindən idi.

Dünyaya göz açdığı ocaq elə ondan qabaq da müqəddəs tutulurdu. Çünki ata-babaları seyid şərafətliydilər.

Ağa Seyid Əlinin atası Mir Əbutalib ağa İçərişəhərdə yaşayıb. Onun 1884-cü ildə Böyük Qala küçəsində birmərtəbəli ev alması, bir il sonra isə burada ikimərtəbəli ev tikdirmək üçün Bakı Şəhər İdarəsinə müraciət etdiyi barədə sənədlər mövcuddur.

Mir Mövsüm ağa 1883-cü ildə Seyid Mir Talib Ağanın evində dünyaya gəlib. O, fiziki qüsurlu doğulmuşdur, sümükləri az inkişaf etmişdi. Özü hərəkət edə hətta düz otura bilmirdi. Hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər.

Bəzi məlumatlara görə, Mir Mövsüm 5 yaşında uşaq iflicinin ən ağır formasını keçirir və bu onun sağlamlığına ciddi təsir göstərir. Müharibə dövründə evində ehtiyacı olan uşaq və yaşlılara çörək paylayardı, hansı ki, həmin dövlərdə un fantastik qiymətə satılırdı, çörəyi isə xüsusi "çörək kartları" ilə almaq mümkün idi.

Seyid uzun illər İçərişəhər Firdovsi küçəsi 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi pənah yeri olub. Mir Mövsüm Ağanın sağlığında olduğu kimi, vəfat etdikdən sonra da min bir diləklə onun ocağına üz tutanların ardı-arası kəsilmir. 20 gün yataq xəstəxi olduqdan sonra Mir Mövsüm ağa 1950-ci ilin 17 noyabr tarixində vəfat edir.

Xalçaçı Kamil Əliyev yaşlanarkən son xalçasını anasına həsr edir. Bildirir ki, bu onun son xalçası olacaq və o, daha heç nə hörməyəcək. Və bir gün yatıb yuxusunda qeybdən bir səs eşidir ki, “yadındadır, sən müharibəyə gedəndə, Mir Mövsüm Ağa sənin başına əl çəkdi, o qan-qada yuvasında sənə heç nə olmadı, amma sən onu unutdun, bu illər ərzində bir dəfə də onun üçün xalça hörmədin”. Kamil müəllim yuxudan titrəyərək oyanır. 1 milyon 200 min düyünlük, 20 rəngin qarışdırıldığı möhtəşəm bir xalça hörür. Və bu həqiqətən onun öz əli ilə hazırladığı son işi olur. Barmaqlarına çatanda Lətif müəllim vəfat edir, işi onun böyük oğlu Cavanşir və digər tələbələri bitirir. Həmin bu xalça indi ziyarətgahdadır. Xalçanı 2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ziyarətgaha təhvil verib.

Ulu Öndər Heydər Əliyevin bu məzara xüsusi diqqəti olub. O, sağlığında burada 4 dəfə olub. Son ziyarətində isə o, hələ 1944-cü ildə sağ ikən problemi olduğu üçün Ağanı ziyarət etdiyini bildirib.

Bu möhtəşəm qəbri hətta Pyer Rişar və Jan Klod Van Dam kimi dünya ulduzları da ziyarət edib.

AzEns.AZ

Oxu 2884 dəfə

Şərh verin.

Comments.