AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
29 May

Fəhlə səndə, özünü bir insanmı sanırsan?

Bu məqaləni qiymətləndir
(0 səs)

Mirzə Ələkbər Məşədi Zeynalabdin oğlu Tahirzadə (1862–1911) – dünya ədəbiyyatının misilsiz satirik şairləri panteonunun ön cərgələrində özünəməxsus yeri olan dahi Azərbaycan şairi, mütəfəkkir, ictimai xadim.

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 30 may 1862-ci ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini 1870-ci ildə mollaxanada almış, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində – maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində oxumuşdur. İlk şeirlərini mollaxanada və S.Ə.Şirvaninin məktəbində təhsil aldığı zaman qələmə almış, Sədi Şirazinin yaradıcılığından tərcümələr etmişdir.

Atasının baqqal dükanında ticarətə yox, şeirə meyl etdiyi üçün cəzalanır; Məşədi Zeynalabdin Ələkbərin daim qoynunda gəzdirdiyi şeir dəftərçəsini cırır. Atasından da inadkar olan Ələkbər fürsət düşən kimi bir gün Xorasana gedən karvanla şəhərdən çıxır, lakin Məşədi Zeynalabdin xəbər tutaraq oğlunu geri qaytara bilir.

Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci ildə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Xorasanda tüğyan edən vəba onun Şamaxıya qayıtmasına səbəb olmuş, az sonra Kərbəlaya səfər etmişdir.

İlk səfərindən qayıtdıqdan sonra, 1887-ci ildə qohumlarından olan Büllurnisə ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən səkkiz qızı və bir oğlu – Məmmədsəlim dünyaya gəlmişdir.

1902-ci il yanvarın 31-də baş vermiş Şamaxı zəlzələsi zamanı M.Ə.Sabirin evi dağılır. O, nəinki öz ailəsinə, başsız qalmış qonum-qonşuya, qohum-əqrəbaya da yardım edir, kimsəsiz insanlara əlindən gələn köməyi göstərir, bu fəlakəti “Üç yüz on doqquz idi bəd həzar” misrası ilə başlayan mənzuməsində əks etdirir.

“Şərqi-Rus” qəzetinin nəşri ilə bağlı bu mənzum təbrik M.Ə.Sabirin ilk mətbu əsəridir. Qəzetdə şeirdən əvvəl redaksiyanın belə bir qeydi vardır:“Şamaxılı Əli Əzimov bəradərimizin idarəmizə göndərdiyi xeyirxahanə məktubunun ləffindəki “Sabir” təxəllüslü bir şairin kəlamıdır”.Ədəbi mühitdə “Sabir” təxəllüsü ilə tanınan şair bütün yaradıcılığı boyu ictimai-siyasi mühitlə bağlı olaraq Hophop, Ağlar-güləyən, Əbunəsr Şeybani, Qoca əmi, Boynu buruq, Fazil, Din dirəyi, Boynu yoğun, Tükəzban cici, Qoca iranlı, Yarıkönül, Sevdayi kimi gizli imzalardan istifadə etməli olmuşdur.

Sabir 1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verir və həmin il mayın 7-də Tiflisə gedib Qafqaz Şeyxül-İslamı İdarəsinin verdiyi şəhadətnaməni alır. Beləliklə, rəsmi şəkildə müəllimlik hüququ qazanır. 1908-ci ilin sentyabrında “ Ümmid” məktəbini açır. “Ümmid “ məktəbinin açılmasında M.Ə.Sabirə yaxın dostları və cəmiyyət içərisində xüsusi nüfuz sahibi olan Əbdülxalıq Əfəndi yaxından köməklik edirlər. M.Ə.Sabir yeni açdığı məktəbi müəllim Hacıbala Zamanovla birgə idarə edirdi.

1909-cu ilin yayında “Ümmid” məktəbi bağlanır və şair 1910-cu ilin əvvəllərində Bakıya işləməyə gəlir. Balaxanıda fars dilli və şəriət müəllimi kimi çalışır.

1910-cu ildə qara ciyər xəstəliyinə tutulan şair Şamaxıya qayıtmalı olur. 1911-ci ilin may ayında müalicə üçün Tiflisə gedən şairi C.Məmmədquluzadə və xanımı Həmidə xanım evlərində saxlayır, ona sonsuz diqqət və qayğı göstərirlər. 1911-ci ilin may ayında həkimlər cərrahiyyə əməliyyatının vacibliyini bildirsələr də, M.Ə.Sabir buna razılıq vermir və yenidən Şamaxıya dönür.

“Molla Nəsrəddin” jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq “Molla Nəsrəddin”in ünvanına ianə göndərirlər. 1911-ci il 8 iyulda təkrar Bakıya gələn şair cərrahi müdaxiləyə razılıq versə də, həkimlər artıq vəziyyətin ağırlığını nəzərə alaraq gec olduğunu bildirirlər. Mirzə Ələkbər Sabir vətəni Şamaxıya qayıdır. 1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir, Şamaxıda “Yeddi günbəz” qəbiristanlığında dəfn olunur.

Məsləkdaşı, yaxın dostu Abbas Səhhət 19 iyul 1911-ci il tarixində “Məlumat” qəzetinin 16-cı sayında “Qara xəbər” məqaləsi ilə çıxış edir. O, sözügedən məqaləsində vətəndaş-ziyalı kimi M.Ə.Sabirin Azərbaycan, azərbaycanlılar üçün necə bir əvəzolunmaz tarixi şəxsiyyət olduğunu özünəməxsus bir formada təqdim edir: “Yalnız bir istəkli rəfiq, mehriban dost itirdiyimdən bu qədər mütəəssir deyiləm. Bir böyük millət bir qiymətli şair itirdiyindən kədərim bilmüzaəfdir. Sabirin vəfatı millət üçün bir ziyani-əbədidir, bir zərbeyi-fəlakətdir ki, onun ağuşunu millət öz vücudunda hələ sonralar dərk edəcəkdir”.

Sabirin xatirəsinə hörmət əlaməti olaraq, vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şerləri “Hophopnamə” adı ilə çap olundu. İki il sonra xalqın ianəsilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxıldı.

M.Ə.Sabir ömrünü vətənin, millətin rifahı, azadlığı, inkişafı yolunda məşələ çevirdi və hələ sağlığında ikən ümumxalq məhəbbəti qazanaraq onun qəlbində özünə əbədi yuva qurdu. Azərbaycanda qələm sahiblərindən ilk dəfə olaraq M.Ə.Sabirə heykəl qoyulmuşdur.

AzEns.AZ

Oxu 4939 dəfə

Şərh verin.

Comments.

  • buy cialis no rx Tog

    cialis 20 mg for sale
    cialis online
    canadian cialis sale
    cost of cialis
    buy cialis generic

    buy cialis no rx Tog Bazar, 09 İyul 2017 13:47
  • buy cheap viagra cialis Tog

    cialis cheap prices
    cialis cost
    buy cialis overnight
    cialis online
    cialis pills color

    buy cheap viagra cialis Tog Bazar, 09 İyul 2017 17:26
  • order cialis india Tog

    cialis 20 mg tablets uk
    cialis
    cialis pills amazon
    tadalafil
    cialis discount prices

    order cialis india Tog Bazar, 09 İyul 2017 18:24
  • multi payment payday loans

    unsecured loans for poor credit
    loans for bad credit
    internet payday loan
    cash advance
    fast cash now

    multi payment payday loans Bazar, 09 İyul 2017 21:42
  • emergency loans with bad credit

    need a cash loan now
    cash advance
    how to get quick money
    loans online
    www loan

    emergency loans with bad credit Bazar, 09 İyul 2017 23:19
  • loan application

    online cash loans same day
    how to get a loan with no credit
    quick approval loans
    pay day loans
    how to get loans with bad credit

    loan application Bazar ertəsi, 10 İyul 2017 20:38
  • secured loan

    loan providers
    online personal loans
    i need a loan with bad credit
    loan places
    united payday loans

    secured loan Çərşənbə axşamı, 11 İyul 2017 00:32
  • how old you have to be to get viagra

    where can i get viagra or cialis
    sildenafil
    cialis 5mg kaufen rezeptfrei
    viagra sale
    onde comprar viagra sem receita medica

    how old you have to be to get viagra Çərşənbə, 12 İyul 2017 03:13
  • viagra 25 oder 50 mg

    cialis 10 mg online
    viagra for sale
    prescribe viagra online
    viagra online
    how to buy viagra in india

    viagra 25 oder 50 mg Çərşənbə, 12 İyul 2017 10:17
  • cheap cialis without rx

    cialis mail order in canada
    order cialis europe
    buy cialis online without rx
    cialis sale
    cialis 20mg cheap

    cheap cialis without rx Çərşənbə, 12 İyul 2017 23:36