AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
08 Avq

Ən yüksək rütbəli azərbaycanlı qadın

Bu məqaləni qiymətləndir
(0 səs)

 Statistika göstərir ki, son illər Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda mayor, polkovnik-leytenant, polkovnik və general-mayor rütbələrində olan zərif cinsin nümayəndələrinin sayı artır.

Azərbaycan tarixində ilk dəfə 2009-cu ildə bir qadın general-mayor hərbi rütbəsi ilə təltif olundu. Bu dəfə sizə Azərbaycanın ən yüksək rütbəli və ilk general-mayor qadını olan Natəvan Mirvətovadan danışacağıq.

Vətənpərvər Natəvan Mirvətova Bakı şəhərində anadan olub və ixtisasca filoloqdur. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi Natəvan Mirvətovaya general-mayor rütbəsi verildi. Hazırda N.Mirvətova MTN-in Əməliyyat-texniki İdarəsinin rəisi vəzifəsində çalışır.

Qeyd edək ki, 1990-cı illərdə Azərbaycanda bilavasitə döyüş əməliyyatlarında 600 nəfərdən, ümumilikdə 2 mindən artıq qadın iştirak edib. Azərbaycanda istənilən sahədə qadınlara ayrılan xüsusi diqqət danılmazdır.

AZENS.AZ 

Oxu 651 dəfə