AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
02 Okt

17 il yazışan Onore de Balzak

Bu məqaləni qiymətləndir
(0 səs)

  Dünya şöhrətli, məşhur fransız yazıçısı Onore de Balzakın həyatı insanlar üçün ölümündən sonra da maraqlı olmuşdur.

 Onun yaratdığı bir-birindən maraqlı əsərləri, neçə əsrlərdir ki, sevilə-sevilə oxunur və indiyədək neçə-neçə dillərə tərcümə olunmuşdur.

  Onore de Balzak 1799-cu ilin may ayının 20-də Tur (Fransa) şəhərində dünyaya gəlmişdir. De Balzak - yazıçının əsl soyadı deyildir. Yazıçının atası Balsa Bernar Fransua kəndli ailəsində doğulmuş və sonralar Tur şəhərində bələdiyyə rəisinin köməkçisi işləyəndən – yəni, məmur olandan sonra öz soyadını plebeysayağı hesab etmiş və dəyişdirmişdir.

  Onorenin uşaqlığı əyalətdə keçmiş, təhsilini isə əvvəlcə Tur və Vandom kolleclərində almış, 1814-cü ildən isə Paris hüquq fakultəsində davam etdirmiş, eyni zamanda Sorbonna Universitetində ədəbiyyatdan mühazirələr dinləmişdir.

  Onore de Balzakın yaratdığı əsərlər çox rəngarəng və çox maraqlı olduğu kimi, onun sevgisi və evlənməsi də diqqət çıkmişdir. Belə ki, Onore de Balzak, sən demə, Rusiyada yaşayan polyak əsilli bir zadəgan qadın E. Qanskaya ilə yazışır, məktublaşırmış. Maraqlı olan odur ki, bu yazışma nə az, nə çox, düz 18 il davam edir.

  Evelina Qanskaya (qız soyadı Rjevuskaya) Rusiyada yaşayan polyak zadəgan qadını olub. Məktublaşma 1832-ci ildən başlamışdır. Bu yazışma, məktublaşma ilk öncə 1843-ci ilədək davam etmiş və həmin il Evelina və Balzak nəhayət ki, görüşmək qərarına gəlirlər. Onlar 1843-cü ildə Rusiyanin Peterburq şəhərində görüşürlər. Məktubarın yaşını 27 qeyd etsə də, əslində Evelinanın 32 yaşı vardı. 1819-cu ildə özündən 22 yaş böyük olan və varlı insanlar biri hesab olunan Vlatseslav Qanski ilə evlənmişdi.

  Balzaka ilk məktub anonim şəkildə belə yazılmışdı: “Sizin ruhunuz əsrlər yaşanıb, amma mən onun gənc olduğuna inanıram və mən sizinlə tanış olmaq istərdim.... Siz əsərlərinizdə həqiqi qadını göstərirsiz, qadına sevgi – səmadan vergi. Sizin daxili incəliyiniz məni valeh edir.”

  Balzak ortaboy, gödəkayaq, dolu görkəmə malik idi. Məclislərdə gənc xanımlara yanaşmağa çəkinərdi, gülməli görünəcəyindən qorxardı. Bəlkə də, buna görə onu gənc xanımlar cəlb etmirdi. O, həmişə dostlarına deyərdi: “40 yaşlı qadın sənin üçün hər şey edər, amma 20 yaşlı – heç nə”.

  Bundan sonra, 4-5 il bir-birinə olan istəklərini yenə də məktub vasitəsilə bildirirlər. Yazıçı ilə zadəgan qadının görüşü bir də 1847 və 1848-ci ildə Ukraynada baş tutur. Bu görüşlərdən sonra yenə də onlar bir neçə il məktublaşmağa davam edirlər və nəhayət 1850-ci ildə Balzak və Evelina evlənmək qərarına gəlirlər. Toy 1850-ci 14 mart səhər saat 7-də Müqəddəs Varvarada baş tutur. Lakin bu evlilik çox uzun sürmür. Evləndikdən cəmi 5 ay sonra yazıçı dünyasını dəyişir.

  Dünya şöhrətli yazıçı öz istəklisi ilə18 il sevə-sevə məktublaşır, sonda evlənir və evləndikdən cəmi 5 ay sonra xanımından əbədi olaraq ayrılır.

  Onore de Balzak 1850-ci il avqust ayının 18-də dünyasını dəyişmişdir.

  AZENS.AZ

Oxu 525 dəfə