AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
17 May

Tarixdə Parisin dublikatı olub

Bu məqaləni qiymətləndir
(1 Səs)

 Müharibə zamanı Parisin dublikatı yaradıldı. Beləliklə də fransızlar I Dünya müharibəsi zamanı paytaxtlarını dağılmaqdan qorumağa çalışmışlar.

 O zamanlar sözsüz ki, hər hansı bir yeri dəqiqliyi ilə tapmaq və nişan almaq üçün xüsusi radarlar yox idi və hər hansı bir obyekti bombalamaq üçün gözə yarı təxminlərdən istifadə olunurdu. Bunu bildiklərinə görə, fransızlar füsunkar Parisin eynisini yaratmaq qərarına gəlmişlər.

  1918-ci ildə bir qrup alim təcili olaraq bütün detalları ilə Parisin xəritəsini öyrənmiş və uyğun bir yerdə, Parisdən 24 km aralı paytaxtın tam dublikatını tikməyə başlamışlar. Demək olar ki, Parisi bütünlüklə, olduğu kimi, saxta olaraq taxta və fanerdən tam bir oxşarını tez bir müddətdə qurub hazırlamışlar. Alman hərbiçilərini, əsasən də, gecələr bombardmançı təyyarəçiləri çaşdırmaq üçün Parisin ən məşhur tikililəri olan Zəfər Tağını, Paris operasını, Şərq Dəmiryolu Vağzalı, İnzibati binalar, prospektlər, hətta Eyfel qülləsinin belə saxta maketini elə məharətlə hazırlamışlar ki, saxta olduğunu seçmək mümkün olmurdu. “Saxta Paris”in işıqlandırılması üçün məşhur dekorçu mühəndis Fernanu Çakopoççi dəvət olunmuşdur. O, “saxta şəhəri” elə işıqlandırmışdı ki, hər kəs buranın əsl Paris olduğunu sanırdı. O, hətta dəmiryolu vağzalındakı saxta parovozların tüstü borularından çıxan tüstünü də süni olaraq yaratmışdır. Hündürdən baxanda “şəhər”in canlı və ya maket olduğu qətiyyən seçilmirdi.

  Parisin dublikatının qurulub yekunlaşma ərəfəsində işlər dayandırılır və tam sona çatdırılmır. Buna səbəb isə bəlli və sevindirici idi. Müharibə sona çatmışdı. “Saxta Paris” çox sürətlə qurulduğu kimi, sürətlə də sökülür. Amma “Saxta Paris” haqqında məlumat uzun müddət gizli saxlanılmışdır.

  Qeyd etmək lazımdır ki, istər Birinci, istərsə də İkinci Dünya Müharibəsi illərində bu cür  “saxta şəhər qurma” metodundan istifadə edilmişdir.  Almanların özü də müharibələr dövründə arxitektura baxımından qiymətli tikililərin maketlərini hazırlamış, bu tikililərin əslini isə ağaclar və fanerlər arxasında gizlətmişlər. Hətta Moskvadakı Kreml də müharibə dövrlərində dekorasiya arxasında gizlədilib.
 

 AZENS.AZ
Oxu 7695 dəfə

Şərh verin.