AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
06 İyun

Nəyə görə ruslar “rus” adlandırılırlar?

Bu məqaləni qiymətləndir
(2 səs)

 Niyə ruslar “rus” adlandırılırlar? Niyə belə olub və bu söz haradan götürülüb? Bu yazıda bu haqda oxucularımıza məlumat verəcəyik...

 Varyaqlar? (Skandinav dənizçiləri)

  Bu günə olan ən populyar teoriya budur ki, “rus” sözünün kökü skandinav sözündəndir, bu teoriya  “Keçmiş illərin povestləri” yazısına əsaslanır.

 “Rus” adlı dövlətin necə yaranması haqqında görün Nestor nə yazıb: “ Varyaqları dənizə qovdular, onlara vergi ödəmədilər, özləri özlərinin sahibi olmaq istədilər. Çox şey əldə etdilər, tək düzgünlük və dogrudan, haqq-ədalətdən başqa. Sonra başladılar özləri ilə vuruşub, müharibələr etməyə. Bundan cana doyanlar belə qərara gəldilər ki, gedib özlərinə ədalətli, hər şeyi doğru-düzgün həll etməyi bacaran bir knyaz axtarıb tapsınlar və dənizi aşaraq varyaqların yanına üz tutdular. Slovenlər rus varyaqlarını görər-görməz yüksək səslə söyləməyə başladılar: Torpaqlarımız çox boyükdür, bol nemətlidir, amma heç bir qayda-qanun yoxdur. Gəlin bizim knyazlarımız olun və bizi idarə edin”. Rus varyaqlarından 3 qardaşı özlərinə knyaz seçdilər və o nəsildən olan digər rus varyaqlarını da öz torpaqlarına dəvət etdilər. Böyük qardaş Ryurix - Novqorodda, o biri qardaş Sineus – Beloozerdə, üçüncü qardaş Truvor isə İzborskda knyazlıq etməyə başladılar. Elə o zamandan,  bu torpaqları “Rus torpaqları” adlandırılmağa başladılar”.

  Nestorun bu yazdıqlarından belə nəticəyə gəlmək olar ki, rus – vaxtı ilə, yerli əhali tərəfindən bu torpaqlarda qayda-qanun yaratmaq və haqq-ədalətlə onları idarə etmək üçün dəvət edilən skandinav tayfasının adıdır.

  Bəs, “rus” sözünün mənası nədir? Keçmiş zamanlardan ta indiyədək, finlər öz qonşuları olan isveçləri Ruotsi adlandırırlar. Bu söz qədim skandinav dilində “dənizçi”, “avarçəkən” mənasındadır və “üzmək”, “ avarçəkmək” sözündəndir.

  Açıq rəngli saçlar?

  Digər bir versiya ondan ibarətdir ki, “rus” sözü İran sözüdur. Məşhur alim, mütəfəkkir, ictimai xadim olmuş Vladimir İvanoviç Vernardski hesab etmişdir ki, “rus” sözü, İran sözü olan “ruxs”(və ya “roxs”) sözündən yaranmışdır ki, bu da tərcümədə “bəyaz”, “açıq rəngli”, “ağ” deməkdir

  Qədim slavyanlar uzun müddət İran tayfaları ilə (skiflər, sarmatlar və alanlarla) yaxın qonşu olmuşlar (Bu tayfalardan bəziləri müasir Rusiyanın Qaradəniz və Azov dənizi sahillərində məşkunlaşmışlar). Söz yox ki, qara saçlı, qara gözlü, qarabuğdayı dərili iranlılar bəyaz saçlarına, ağ dərilərinə və açıq rəngli gözlərinə görə şimal qonşularını belə adlandıra bilərdilər.

  Qırmızı sifətlər?

  Belə ki, rusları xarici görünüşlərinə görə də belə adlandıra bilərdilər. IX-X əsrlərdə yaşamış ərəb səyyahı Əl-Məsudi öz qeydlərində yazmışdır ki, şimal ərazilərdə yaşayan bəzi tayfaları bizanslılar “rusiya” adlandırırlar. Bu da, “qırmızı”, “kürən” mənasındadır.

  Əl-Məsudinin həmkarı olumuş İbn Fədlan “rusiya” adlandırılanları şəxsən görmüşdur və onların inanılmaz dərəcədə qırmızı dərili olduğunu xüsusi olaraq qeyd etmişdir. “Rusiya” adlandırılanların, indiyədək məlum olmayan səbəblərdən, həmişə qıpqırmızı, sanki günəşdən yanmış sifət və burunları  olurdu.

  Toponimika?

  Belə bir teoriyada mövcuddur ki, “rus” sözü elə rusların öz sözüdür. XV-XVI əsrlərdə yaşamış Avstriya baronu, tarixçi və yazıçı Sigizmund fon Gerberşteyn belə hesab edirdi ki, Rus öz adını Böyük Novqorod şəhəri yaxınlığında yerləşən çox qədim bir tarixə malik olan Russ şəhərinin adından götürmüşdür. Qədim Rus torpaqlarında Rus dövlətinin yaranma tarixilə maraqlanan Vasiliy Nikitiç Tatişev də avstriyalı baronun fikirləri ilə razılaşmışdır.

  Çay adı?

  Yuxarıda göstərilən versiyalardan əlavə digər versiyalar da vardır ki, bunlardan biri slovak linqvisti və etnoqrafı Pavel Şafarikin versiyasıdır. P. Şafarikə görə, qədim slavyan dilində çaya “rusa” deyərmişlər. Buradan da indiki “ruslo” (“çaylaq”, “çay yatağı”  deməkdir) və “rusalka” (“su pərisi” deməkdir) sözləri yaranmışdır. Çay adı ilə bağlı ikinci bir versiya da vardır ki, bu da, Kiyev şəhərinin cənubundan axan Dnepr çayının sağ qolu olan Ros çayının adı ilə bağlıdır.

  Ayılar?

 Rus dedikdə,  həmin an adamın gözü qarşısında vodka, balalayka və ayı canlanır. Bəzi tədqiqatçı alimlər isə “rus” sözünün Qərbi Avropa sözü olan “urs” sözündən (mənası “ayı” deməkdir) yarandığını söyləyirlər. Hərflərin  yerdəyişməsini isə yunanca “marmaros” sözünün rusca dəyişdirilərək “mramor”(mərmər) sözü formasına salınması kimi izah edirlər.

  “Rus” sözünün mənşəyi və necə yaranması ilə bağlı bir necə versiyaları nəzərdən keçirdik. İndi isə belə bir suala cavab tapmağa çalışacağıq:- bəs nə üçün almanlar, fransızlar, ingilislər və digər millətlər rus dilində isim hesab edilir, amma “ruslar” isə– sifət?...

  Bəziləri bunu ruslar məxsusi bir xalqdır, heç kəsə oxşamırlar və bu səbəbdən də “xüsusi” bir ada layiq olduğu kimi izah edirlər. Xatırlamaq lazımdır ki, belə bir hallar digər dillərdə də olmuşdur. Məsələn: Avropa dillərində bütün millətlər (German, français) sifət kimi ifadə olunur.

  Bəzi tədqiqatçıların fikrincə, rus milliyyət deyil, bu ərazidə yaşayan bir çox tayfaların ümumi adıdır. Ola bilər ki, belədir. Qeyd edək ki, rus dilində sifətlər isimə çevrilmə xüsusiyyətinə malikdirlər ( məsələn: «учёный», «мороженое», «столовая»…  və digər sözlər).  

AZENS.AZ / Jalə Orucova

Oxu 17260 dəfə

Şərh verin.