AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
10 Fev

I Dünya Müharibəsinin səbəbkarı olan şəxs

Bu məqaləni qiymətləndir
(2 səs)

 I Dünya Müharibəsinin başlanmasının səbəbkarı – Qavrilo Prinsipdir.

 O, Avstriya-Macarıstan vəliəhdi Frans Ferdinandı öldürdükdən sonra bəşər tarixində ilk Dünya Müharibəsi baş verdi. Həbsxanada olarkən ondan,- “Bu qədər insanın həyatına son qoyan müharibənin əsas səbəbkarı kimi utanırsınızmı?” deyə, soruşmuşdular. O, isə,-“ Mən öldürməsəm də müharibə başlayacaqdı” – cavabını vermişdi.

 Qavrilo Prinsip 23 yaşında həbsxanada dünyasını dəyişıb. O, avstriyalıları Bosniya – Hersoqovinadan çıxarmağı qarşısına məqsəd qoyan “Mlada Bosniya” təşkilata mənsub idi. Qavrilo “Qara əl” təşkilatının Avstriya-Macarıstan vəliəhdi Frans Ferdinanda qarşı hazırlanmış sui-qəsd planında baş killer idi.

 Qavrilo Prinsip 28 iyun 1914-cü il tarixində Sarayevo şəhərinə gəlir və yemək məqsədilə şəhərin mərkəzinə gedir. Gözlənilmədən qarşısına Ferdinand və həyat yoldaşının olduğu avtomobil çıxır. Belə bir fürsət ələ keçməzdi, çünki bundan əvvəlki sui-qəsd planı uğursuz alınmışdı və sui-qəsdçilər vəliəhdin sərbəst şəkildə harasa gedə biləcəyini ağıllarına belə gətirməzdilər. Fürsətdən istifadə edən Prinsip dərhal əlini “Brauninq” tipli tapancasına ataraq, atəş açır. Ferdinandın boynundan girib-çıxan güllə, eyni zamanda həyat yoldaşı Sofiyaya da tuş gəlir. Bu sui-qəsddən sonra Avstriya-Macarıstan Serbiyaya iltumatum göndərir və ona qarşı müharibə elan edir. 1914-cü il iyulun axırlarında Avstriya-Macarıstan ordusu Serbiya ərazisinə daxil olur. Belqrad şəhəri bombardman edilir.

 Rus İmperiyası Serbiyanı müdafiə etmək üçün səfərbərliyə başladığı müddətdə, avqustun 1-də Almaniya İmperiyası Rusiyaya, avqustun 3-də isə Fransaya müharibə elan edir. Almaniya Prussiya tərəfindən imzalanmış Belçikanın bitərəfliliyi haqqında müqaviləni “ağ kağız” adlandırır və avqustun 4-də Belçikaya hücum edir. Belçikanı müdafiə etmək bəhanəsi ilə B. Britaniya Almaniyaya müharibə elan edir. Getdikcə yeni-yeni ölkələr müharibəyə qoşulurdular. 1914-cü ildə avqustun 23-də Yaponiya Almaniyaya qarşı müharibə elan edir, lakin o, Avropaya qoşun göndərmir. Yaponiya Almaniyanın Uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına almağa çalışırdı.

 1914-cü ildə Osmanlı dövləti “Üçlər İttifaqı” tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq, Ultimatumun şərtləri ilə tam razılaşmadığına görə, 1918-ci il iyulun 28-də Avstriya-Macarıstan İmperiyası Serbiyaya müharibə elan etdi. Avqustun ilk həftəsində müharibəyə Almaniya, Rusiya, Böyük Britaniya və Fransanın da qoşulması ilə bu müharibə Birinci dünya müharibəsinə çevrildi.    

 AZENS.AZ

Oxu 12558 dəfə

Şərh verin.

Comments.