AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
21 Okt

2800 yaşlı öpüş - Dünya tarixinə düşmüş qalıqlar

Bu məqaləni qiymətləndir
(3 səs)

Sevgi hər zaman olub, arxeoloqların tapdığı kişi və qadın qalıqları da bunu sübut edir.

Ən maraqlısı isə, bu qalıqların Pensilvaniya Universitetinin araşdırmaçıları tərəfindən 2800 yaşı olduğu təxmin edilir. Bu qalıqlar “müasir alimlərin aşkar etdiyi ən inanılmaz tapıntılar”dan biri kimi dünya tarixinə düşüb.

Qalıqlar 1972-ci ildə Azərbaycanın Həsənlu adlı məkanında tapılmışdır. Cənubi Azərbaycanda, Urmiya gölünün Cənub sahilində, Sulduz vadisinin mərkəzində, Kadar çayının yaxınlığındakı Həsənli kəndi ərazisində yerləşir. Vadiyə giriş çətindir - oraya giriş ancaq Qərbdən, Kəlyaşin və Rəvanduz aşırımı, Şərqdən isə Kadar çayı boyunca mümkündür.

Əfsanəyə görə, e.ə. XIX əsrdə burda böyük yanğın baş vermişdir. Şəhər Asiyanın qədim dövləti olan Urartu orduları tərəfindən tutulmuşdu. Əhalinin çox hissəsi qətlə yetirilmiş, bir hissəsi isə qul kimi aparılmışdır.

1972-ci ildə arxeoloqlar qrupunun apardığı araşdırma nəticəsində bu qalıqların e.ə. 800-cü ilə aid olduğu aydınlaşdı. Deyilənə görə, bir-birinə sarılmış və son anadək öpüşən cütlük Urartunun şəhərə hücumu zamanı yanğında həlak olmuşlar.

Araşdırmalar skeletlərin 2800 yaşı olduğunu bildirir. Sol tərəfdəki skelet qadın, sağ tərəfdəki skelet isə başından zərbə almış kişiyə məxsusdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AZENS.AZ \ Jalə Orucova 

 

Oxu 7396 dəfə

Şərh verin.

Comments.