AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
25 Okt

Əjdahaların və nəhənglərin hakimiyyəti – Siyahıda Azərbaycan da var

Bu məqaləni qiymətləndir
(1 Səs)

1.AZƏRBAYCAN - “Atəşyığanlar”

Bu regionda zərdüştlük yayılmışdı, ttəlimin davamçıları “atəşpərəst”lər adlanırdı. Çünki, onlar atəşi ilahiləşdirmiş və atəşə sitayiş edərmişlər. Zərdüştlükdə “atəş”ə – “atar”, orta əsrlərdə farsca – “aadur” deyilirdi. Bu regionu fars coğrafiyaşunasları “Adurbadaqan” adlandırırdılar ki, bu da sonralar transformasiya edilərək “Azərbaycan” sözünə çevrilmişdir.

 

2. ƏFQANISTAN - “əfqanlar ölkəsi”  

Bu etnonim eramızdan əvvəl III əsrdən məlumdur. Əfqanlar isə özlərini “puştun”lar adlandırırlar. Göründüyü kimi, bu söz hindavropa mənşəli “pasto” (ruscaya daha yaxın – “pasti”, “pastuxi”) sözündən olub, “otarmaq”, və ya “çoban” mənasındadır.

 

3. QAZAXISTAN - “Qazaxlar ölkəsi” deməkdir

Bəzi mülahizələrəgörə, “azad” adlı xalqın adından götürülmüşdür. XV əsrin ortalarında bir neçə qəbilə birləşərək, Özbək xanlığından ayrılmış və XVI əsrin sonlarına yaxın Qazax xanlığı yaratmışlar.

 

4.GÜRCÜSTAN “Gürcülərin yaşadığı torpaq” deməkdir

Fələstindən qayıtmış rus səyyahının XV əsrə aid olan kitabında qurzi xalqının adı çəkilir. Sonradan səslərin yerdəyişməsi nəticəsində “qruzi”yə çevrilmişdir. Ölkə gürcücə – Sakartvelo adlanır, xalq isə özünü – kartveli adlandırır. Xalqın adının əvvəlinə qoyulmuş SA - sözönü və O – sonluğu “yer”, “məkan”, “məskən” mənasını daşıyır.

 

5. LİVAN

“Livan” dağ silsiləsinin adından götürülmüşdür. “Livan” qədim semit sözü olan “laban” sözündəndir ki, “ağ” mənasını verir. Bu da dağın başının daim qarla örtülü olması ilə bağlıdır.

 

6. İORDANİYA

1946-cı ilədək B. Britaniyadan asılı olan Transiordaniya adlı bir knyazlıq mövcud idi. 1949-cu ildən İordaniya Haşimi Krallığı olmuşdur. Bu ölkə İordan çayı sahillərində yerləşir və burada Haşimi sülaləsinin nümayəndələri hakimiyyətdə olurlar.

 

7. SURİYA

Siri adlanan ölkəyə Vavilonun daş kitabələrindəki yazılarda belə rast gəlinir. Bu adın hansı məna kəsb etdiyi hələ də məlum deyildir. Əgər müqəddəs Kəbə daşının yanında üzü şərqə tərəf dursan, onda Suriya solda tərəfdə – şimalda (Əş-Şam) olacaqdır. Bu səbəbdən də ərəblər bu ölkəni çox vaxt Əş-Şam adlandırırlar.

 

8. TÜRKİYƏ

Türk xalqının adından yaranmışdır. Bir zamanlar Mərkəzi Asiyanın bütün köçəri və yarım köçəri qəbilələri belə adlandırılırdılar.

 

9. İZRAİL

1948-ildə bu dövlət qurularkən bir neçə variantda adlar təklif olunmuşdur; Sion, İudeya və s. Amma sonda bu dövlətə İzrail adı verilmişdir. Bu ad Yaqub peyğəmbərin ulu atasının adıdır ki, bu ad ona Yaxve ilə mübarizəsindən sonra verilmişdir.

 

10. TÜRKMƏNİSTAN - “Türkmənlər ölkəsi” deməkdir

Müxtəlif mülahizələrə görə, türkmən – “türkə oxşar” və ya ”əsl türk” mənasını daşıyır. Mərkəzi Asiyanın köçəri qəbilələri belə adladırılırdı.

 

AZENS.AZ \ Jalə Orucova

Oxu 5751 dəfə

Şərh verin.

Comments.