AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
03 Apr

Spartada oğlan uşaqlarını necə öyrədirdilər?

Bu məqaləni qiymətləndir
(1 Səs)

Sparta tarixin ən təəccüblü səhifələrindən hesab edilir.

Bu qədim dövlət özünə məxsus qeyri-adi həyat tərzi ilə öz müasirlərini daima təəccübləndirmişdir. Bu səbəbdən də spartalıların şəhər quruluşu və uşaqları tərbiyə etmə üsulu hər zaman həm alimlərin, həm də adi adamların böyük marağına səbəb olub.

Spartada anadan olan hər bir oğlan uşağının taleyi əvvəlcədən məlum idi. O, döyüşçü olmalı və vətənini qorumalı idi. Uşaqlar lap kiçik yaşlarından ailələrdən alınıb xüsusi düşərgələrdə yerləşdirilir, xüsusi döyüş təlimləri alır və tərbiyə edilirdi. Bu cür təlim-tərbiyə üsuluna valideynlər heç də etiraz etməzdilər və əksinə, valideynlər bununla fəxr edirdilər. Spartalıların təlim-tərbiyə düşərgələri bir növ, çox ciddi rejimli bir həyat məktəbi idi. Bu cür düşərgələrdə nə yemək yaxşı idi, nə də geymək amma rejim çox dəqiq, qayda-qanun çox ciddi idi. Burada təlim keçən, tərbiyə olunanların işi yalnız bircə şeydən ibarət idi: yuxarıdan verilən tapşırıqları sözsüz və can-başla yerinə yetirmək.

Təlim-tərbiyə düşərgələrində kiçik spartalılar fiziki bacarıqlarını daha da artırmaq üçün hər gün yorucu, çox ağır və çətin olan tapşırıqlar yerinə yetirirdilər. Daha dözümlü, daha bacarıqlı olanlar digərləri üzərində başçı təyin edilirdi. Spartada təlim düşərgələrində uşaqlar hamısı böyük bir otaqda yerləşdirilirdi və yataqdan, çarpayıdan söhbət belə ola bilməzdi. Uşaqlar çöllərdən yığıb gətirdikləri saman və quru otlardan özlərinə yataq yerləri düzəldərdilər. Bu cür düşərgələrdə fiziki təlimlərdən əlavə cüzi də olsa, ilkin təhsil də verirdilər. Çünki spartalılar təlim düşərgələrində təhsili elə də vacib hesab etmirdilər. Uşaqlar bu düşərgələrdə daha çox özlərindən yaşca böyük və daha təcrübəli uşaqlardan örnək götürər və çox şeyi onlardan öyrənərdilər.

Spartanın təlim düşərgələrində oğlanların geyimləri indiki geyimlərə bənzəmirdi. Onlar indiki mini qadın ətəklərinə bənzər bir şey geyərdilər, bədənlərinin digər hissələri açıq qalardı. Belə şəraitə, çətinliklərə tab gətirib təlimləri axıracan keçənlər çox dözümlü və güclü döyüşçü olurdu, zəiflər isə sıradan çıxaraq məhv olurdular. Bu səbəbdən də, Sparta ordusu qədim dünya tarixində ən güclü və ən yenilməz bir ordu kimi yaddaşlara həkk olunmuşdur.

Spartada tək oğlanlar deyil, qızlar da çətin və ağır təlimlər keçirdilər. Bütün bu təlimlər istər oğlan olsun, istərsə də qız, onların fiziki möhkəmliyinə, dözümlülüyünə və səbrliliyinə qulluq edirdi. Spartalı qızlar əsasən, məktəblərdə xüsusi təlimlər keçər və yarışlarda iştirak edərdilər. Bu səbəbdən də, yetkinlik yaşına çatan qızlar cəmiyyətin aktiv bir nümayəndəsinə çevrilirdi.

Sparta o zamanlar üçün çox nadir və eksperimental çərçivədə olan bir dövlət idi. Bu dövlət demək olar ki. Bir çox vilayətlər bu dövlətin himayəsi altında olmağa can atmışdır. Hətta Qədim Yunanıstanı Roma imperiyası özünə tabe edəndə belə, Sparta azad bir şəhər statusu ilə Axeya vilayətinin (Roma imperiyası) tərkibində olmuşdur.

AzEns.Az

Oxu 2778 dəfə

Şərh verin.

Comments.