AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
05 Apr

İlk «Dünya gözəli» gürcü olub

Bu məqaləni qiymətləndir
(0 səs)

Gürcü qızlarının gözəlliyi ilə bağlı bir çox tarixi mənbələrə rast gəlmək mümkündür.

Ötən əsrin əvvəllərində Parisdə keçirilən “Gözəllik müsabiqəsi”ndə ilk qalib gürcü knyaz qızı Yekaterina Tarxan-Mouravi olmuşdur (qeyd edək ki, o zamanlar belə müsabiqələrdə ancaq yuxarı təbəqəyə mənsub olan qızlar istirak edə bilərdilər).

Bəzi mənbələrə əsasən, ilk “Dünya Gözəllik Müsabiqəsi” XX əsrin əvvəllərində Parisdə “Gül bayramı” zamanı keçirilmişdir və belə adlandırılmışdır: “Gül bayramı” və ilk “Dünya Gözəllik Müsabiqəsi”.

Fransızlar Yekaterina Tarxan-Mouravini onun suya olan hədsiz məhəbbətinə görə, “ağ Qu-quşu” (həm də, dərisinin hədsiz dərəcədə ağ olduğuna görə) adlandırırmışlar.

Məlumdur ki, o zamanlar Parisdə hər il “Gül Bayramı” keçirilərdi. Bu bayrama dünyanın hər yerindən zadəgan nəslindən olan gözəl qızlar gələr və müsabiqədə iştirak edərdilər. Müsabiqənin qaydalarına əsasən, iştirakçı qızlar güllərlə bəzədilmiş faytonları özləri idarə eləməklə minlərlə adam yığılmış küçələrdən keçməli idi. Tamaşaçılar isə iştirakçı qızlara içərisində seçdikləri qızların adı yazılmış çanta atardılar və daha çox səs toplayan istirakçı qalib elan edilirdi.

15 yaşlı gürcü knyaz qızı Yekaterinanın idarə elədiyi fayton onun mavi gözlərinə və mavi donuna uyğun olaraq mavi rəngli gül-çiçəklərlə bəzədilmişdi. Onun uzun xurmayı rəngli saçları bu fonda çox cazibədar görsənirdi. Bu gürcü qızı parislilər yekdil olaraq qalib elan etdilər, qələbə münasibətilə ona çox bahalı brilyant bəzək əşyaları hədiyyə edildi. Tiflisdə dəmiryolu vağzalının fəhlələrinə öz əşyalarını etibar edən və əşyalarının yaşadığı ünvana gətirilməsini xahiş edən qızcığaz aldadılır. Fəhlələr əşyalarla bərabər yoxa çıxırlar.

Yekaterina Tarxan-Mouravi knyaz Qeorqi Saakadzenin 4-cü nəsil törəməsi olub. Onun əcdadları Dağıstandan gəlmələr olublar və sonradan Kartlidə, Noste kəndində məskunlaşıblar. Yekaterinanın özü Axalkələkdə (Gürcüstanda rayon mərkəzi) çoxuşaqlı ailədə bolluq içərisində böyümüşdür. Yeniyetmə dövründə onu Parisə göndərmişlər və 1903-1907-ci illərdə orada yaşamışdır.

Tarixi sənədlərə əsasən, Yekaterina çox gözəl olduğundan pərəştişkarları hədsiz çox idi. O, iki dəfə evlənib və ərlərinin heç bir gürcü olmayıb. Birinci əri Tiflisə köçüb gəlmiş fransız Mişel Siqal olub. Yekaterina onunla  valideynlərindən gizli nigaha girib, nigahdan onun bir oğlu olub. Kürəkənindən narazı olan atası onların boşanması üçün əlindən gələni əsirgəməyib və nəvəsini öz soyadına keçirib. Yekaterinanın ikinci əri rus knyazı Morozov olub. Sovet hakimiyyəti knyazı İordaniya hökuməti ilə əlbir olmaqda günahlardırmışdı. Amma knyaz Morozovun ailəsi möcüzəvi bir sürətdə 1937-ci il represiyalarından xilas ola bilir.

İlk dünya gözəli olmuş gürcü knyaz qızı Yekaterina sonralar Tbilisidə hərbi hospitalda şəfqət bacısı işləmiş və 84 yaşında 1969-cu ildə vəfat etmişdir.

AzEns.AZ/ Jalə Orucova

 

 

 

 

 

 

 

 

Oxu 3809 dəfə

Şərh verin.

Comments.