AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
07 May

Tbilisi - Azərbaycan şəhəridir ?

Bu məqaləni qiymətləndir
(0 səs)

Tiflis şəhəri (indiki Tbilisi) bir zamanlar iri Azərbaycan şəhərlərindən biri olmuşdur.

Bu şəhər bir vaxtlar Qafqaz Albaniyasının Arran (ərəblər Azərbaycanın şimal hissəsini belə adlandırırdılar) bölgəsinə daxil olan mühüm iqtisadi və mədəni mərkəzlərdən olmuşdur. Əl-İstəhri qeyd edirdi ki,- “Arranda böyüklüyünə görə Bərdəni, Əl-Babı (Dərbənd nəzərdə tutulur, “Bab” -ərəbcə “qapı” deməkdir) və Tiflisi ötüb keçən şəhər mövcüd deyildi. Digər bir ərəb alimi İbn Xavqal öz yazılarında qeyd edirdi: “Tiflis ən vacib sərhəd şəhəridir və əhalisinin əksəriyyəti müsəlmanlardan ibarətdir”.

 Ərəb alimlərinin yazdığı məlumatlara görə, gürcü və erməni feodalları Bizans vasitəsilə dəfələrlə türk-səlcuqlarına qarşı səlib yürüşləri keçirmişlər. Gürcü və erməni feodalları yürüşçülərlə ittifaq yaradaraq, Qafqazdan müsəlman faktorunu sıxışdırıb çıxarmağa və Azərbaycan torpaqlarını parçalamağa çalışmışlar. 1120-ci ildə IV David Şirvana hücum etmişdir. O, Qəbələni, onun ətrafını viran etmiş və orada olan bütün cəh-cəlalları yığıb aparmışdır. 1122-ci ildə isə Tiflis şəhəri bütünlüklə gürcülərin əlinə keçmişdir.

 Yuxarıda göstərilən məlumatlara tarixçi-alim, professor Caba Samuşiya öz fikrini belə bildirmişdir: - “mən tarixlə bağlı olan bu vəsait və dərsliklərdən heç nə anlaya bilmədim. Onlar nə yazırlar, nə istəyirlər mənim üçün bir sirr olaraq qalır. Həmin kitabda İranın, müsəlman əmirliklərinin, Albaniyanın, Şirvanın, bir az da Gürcüstanın tarixinə aid məlumatlar verilmişdir. Bütün bunlar isə hamısı birlikdə Azərbaycan tarixi adı ilə göstərilmişdir. Elmi nöqteyi-nəzərdən bu dərslik vəsaiti heç bir tənqidə layiq deyildir. Tamamilə siyasiləşdirilmiş bir dərslikdir ki, bu dərsliyin tarix elmi ilə heç bir əlaqəsi yoxdur. Bir faktı qeyd eləmək istəyirəm, 1919-cu ildə Paris konferensiyasında yenidən yaranan dövlətlərin (Azərbaycan, Gürcüstan və Ermənistan nəzərdə tutulur) sərhədləri haqqında məsələlər həll olunan zaman, Azərbaycan tərəfi Kvemo Kartli bölgəsini bütünlükdə, Mesxetinin bir hissəsinin və Acariyanın Azərbaycan şərhədləri daxilində olmasını tələb edirdi. Həmin dərsliklərə görə, Tbilisi Azərbaycan şəhəridir:- Tiflis Arran ( indiki Azərbaycanın bir hissəsi) şəhəridir və bu şəhər Dərbəndə, Bərdəyə nisbətən kiçik olmuş və sonradan çiçəklənərək inkişaf etmişdir. Əslində isə bu dərslikdə sadəcə olaraq orta əsrlərdə inkişaf etmiş olan Bərdə, Dərbənd, Bakı, Şamaxı və Tbilisi kimi şəhərlər haqqında uşaqlara ümumi məlumatlar verilir.”   (tarixşünas alim, professor Caba Samuşiya)

AzEns.AZ

Oxu 3172 dəfə

Şərh verin.

Comments.