AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
01 Fev

Makedoniyali İsgəndərin magiyası

Bu məqaləni qiymətləndir
(4 səs)

 Makedoniya hökmdarı Filipp II ilə yunan çariçası Olimpiadanın harada tanış olduqları barədə tarixdə heç bir məlumat yoxdur. Amma onlar sevərək ailə həyatı qurmuşlar.

Çar Filipp görkəmcə çox cazibədar olmayan, qarşıalınmaz xarakterə malik insan idi (bu səbəbdən ona Varvar adı verilmişdi) — ömrünün demək olar ki, çox hissəsini döyüş meydanlarında keçirirdi. Olimpiadanın ondan hamilə olduğuna inanmırdı,  Filipp öz atalığından çox şübhələnirdi. Beləliklə, İsgəndər doğuldu, özüdə vaxtından tez. Filipp gördüyü yuxudan sonra İsgəndərə qarşı fikirini dəyişir. Və tezliklə İsgəndəri özü oğlu elan edir. Olimpiadanın Nextanebo adlı yaxın dostu vardı, o  magiyanın bilicisi hesab olunurdu. Və elə Filippdən hamilə qalacağını da ona dostu Nextanebo demişdi. Nextanebo böyük münəccim və müdrik adam kimi yalnız öz ölkəsində tanınmırdı. İsgəndərin anası da deyilənlərə görə magiya ilə maraqlananlardan biri idi.

 Makedoniyalı İsgəndərin fenomenal müvəffəqiyyətinin sirri gizli otaqda olan kiçik mücrüdədir. Mücrü İsgəndərə atası tərəfindən hədiyyə olunmuşdur. Nə vaxt ki, onu və onun ölkəsini təhlükə hədələyirdi o, bu otağa daxil olurdu. Mücrüsündə olan mum kuklalarını çıxarırdı. Əgər təhlükə dənizdən gözlənilirdisə, firon böyük badəni götürürdü, onu suyla doldururdu və ora gəmilərin balaca modellərini salırdı, hansılarda ki, öz mum kuklalarını yerləşdirirdi. Sonra ovsunlu sözü deyirdi, ovsunlu sözlərdən sonra  suda yerləşən gəmilər batmağa başlayırdı və onun ordusu ayıqlıqda dəniz döyüşündə qələbəni qazanırdı. Mücrüyə toxunmağa ən yaxın insanlara belə icazə verilmirdi. Makedoniyalı İsgəndər hətta nə zaman döyüşdə məğlub olacağını da  əvvəlcədən bilirdi. Əgər suda olan gəmilər ovsunlu sözlərdən sonra batmırdısa, bu onun məğlubiyyətindən xəbər verirdi. Ona bu üsulu və magiyanın sirrlərini Nextanebo, elmi isə Aristotel öyrətmişdi. Aristotel fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərmişdir. Onun təlimi iki istiqamətdə- mistik idealizm və digər tərəfdən materialist fəlsəfi fikrin inkişafı üçün mənəvi qida mənbəyi olmuşdur.

 B.e.ə. 336-cı ildə İsgəndər Makedoniyanın (Şimali Yunanıstan) hökmdarı elan edilir, nə vaxt ki, onun 20 yaşı vardı. Onun atı Busefal ona ən uğur gətirənlərdən idi. Hansı ki, at 12 yaşından Makedoniyalı İsgəndərlə idi və yalnız sahibinin sözünü dinləyirdi. İsgəndər Busefalın belində olarkən, döyüşün onun qələbəsi ilə nəticələnəcəyinə özünü əmin hiss edirdi. Busefal öldükdən sonra mərhəmətli hökmdar onun adını Hindistanda şəhərə qoyur. B.e.ə. 323-cü ildə İsgəndərin imperiyası dünyada ən böyük imperiyaya çevrilir. Həlak olduqdan sonra, imperiya İsgəndərin adamları arasında bölündü. Və 150 ildən sonra həmin imperiyadan əsər əlamət qalmadı, imperiya tamamən dağıldı.

 AZENS.AZ

Hazırladı: Orucova Jalə

Oxu 40845 dəfə

Şərh verin.

Comments.