AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
26 Noy

Mayaların məhvolma səbəbi

Bu məqaləni qiymətləndir
(3 səs)

  Bir çox filmə mövzu olan və tarixdə bir çox hadisəyə şahidlik edən bir sivilizasiyanın məhv olmağından bəhs edəcəm sizlərə.

 Mayaların təbii fəlakətlər nəticəsində yoxolma həqiqəti qəbul edilmişdi, ta ki yeni araşdırmalar və yeni nəticələr ortaya çıxana qədər.... Edilən yeni araşdırmalar və tədqiqatlar Mayaların sonunu təbii hadisələrdən əlavə pis ruhların gətirdiyini ortaya qoyur. 700.000 km-ə çatan torpaqlarıyla hökm sürmüş Mayalar hazırki Qvatemala, Beliz, Salvador və Hondurası əhatə edirdi.

  Mayaların qızıl dönəmi klassik dövr olaraq bilinən dönəm idi, xalq bolluq içində yaşayır və torpaqlar davamlı genişlənirdi. Lakin müəmmalı səbəblərdən xalq köç etməyə başladı, əhali inanılmaz bir şəkildə azaldı və bunun kimi bir çox hadisə yaşand. Mayalar yavaş-yavaş kiçilməyə və yox olmağa başladı. Aparılan araşdırmalar təbii hadisələrin, yəni günəşin yetərsiz olması və rütubətin artıq olması, torpaqların səmərəsiz olması Maya sivilizasiyasının bir hissəsini köçməyə məcbur etmişdi.

  Lənətli bölgələr

  Tərk edilən və quraqlıqlaşan bölgələr Mayaların gözündə lənətlənmiş bölgələr olaraq yer aldı və artıq o bölgələr onlara aid deyil yalnız lənətli bir boş sahədən ibarət idi. Mayalar bu lənətli bölgələri daha sonra təkrar işğal etməyə çalışdı.

AZENS.AZ

Oxu 33078 dəfə

Şərh verin.