AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
18 Mart

Türkün unudulmaz zəfəri - Çanaqqala Savaşı

Bu məqaləni qiymətləndir
(3 səs)

 Çanaqqala döyüşləri müharibələr tarixinə özünün misilsiz adını yazmışdır.

 Çanaqqala Döyüşlərinin dənizlə əlaqədar hissəsi 18 Mart 1915-ci il tarixində düşmən gəmilərinin geri çəkilmələri ilə nəticələnmişdir. Birinci dünya müharibəsini qalib şəkildə bitirmək istəyən düşmən dövlətlər gəmiləri ilə Çanaqqala boğazını keçib İstanbulu almaq istəyirdilər. Osmanlı ordusu İngilis və Fransız donanmalarına qarşı Çanaqqala boğazında aylarla sürən silsilə dəniz və quru döyüşləri aparmışdır.

 Xüsusən tarixin gördüyü ən geniş sərhədlərə sahib olmuş, hər növ milləti, inancı içində saxlamış və təxminən 600 ildən artıq müddətdə davam edən Osmanlı səltənəti 20-ci əsrin əvvəlində süqut edirdi. Xaricdə və daxilində yaşadığı mübarizələr Osmanlı dövlətini çökdürür, torpaqlarını və gücünü azaldırdı. Sonda Trablis və Balkan döyüşləri ilə bir-birinin ardınca uduzan Osmanlı dövləti Şərqi Trakiya xaricində Avropadakı bütün torpaqlarını əldən vermiş, hörmətini və gücünü itirmişdi. Rusiya boğazları ələ keçərib isti dənizlərə çıxmağı hədəfləyərkən, İngiltərə Süveyş Kanalı və Hind yolunun təhlükəsizliyi üçün Fələstini ələ keçərmə planını hazırlayır; Fransa Livan, Suriya və Kilikiyanın idarəsini arzulayır; Almanlar şərqə yayılma siyasəti güdür, İtalyanlar isə Antaliyaya sahib olmağı istəyirdilər.

 Birinci dünya müharibəsinin başlamasının ardınca Osmanlı dövləti əvvəl Antanta dövlətləri ilə birlikdə olmağa niyyət etdisə də, Rusiyanın bu vəziyyətə soyuq yanaşması Osmanlını Almaniyaya doğru istiqamətləndirdi və 2 Avqust 1914-cü ildə edilən gizli bir anlaşma ilə alman-türk ittifaqı dəqiqləşdi.  Antanta dövlətlərinin dəniz hərəkatı 19 Fevral 1915-ci ildə başladı. Həmin ilin mart ayına qədər düşmən gəmiləri türk istehkamlarını top atəşinə tutdu.

 Plana görə 18 Mart səhəri 3 dəniz diviziyasından ibarət olan düşmən donanması boğazda meydana çıxdı. Donanmanın ən güclü gəmilərindən ibarət olan 1-ci Diviziya şəxsən Admiral de Robek tərəfindən idarə olunurdu.

 Planın ikinci mərhələsində Türk batareyaları üzərində kifayət qədər üstünlük təmin edilə bilsə Polkovnik Hayes Sadler əmrindəki 2-ci diviziya döyüşə girəcəkdi. Okean, İrresistibl (Qarşısıalınmaz), Albion, Sviftsun və Majestic gəmisindən ibarət olan 2-ci diviziya 3-cü diviziyanın yerini alacaq və B xəttindən son olaraq yaxın döyüş edilərək. İstehkamlar içində olmayıb mina xəttlərini müdafiə edən toplar korlanaraq borbardman edildikdən dərhal sonra mina hazırlama əməliyyatlarına başlanacaqdı. Lakin 3-cü diviziyanı əvəz edəcək 2-ci diviziya gəlmədən əvvəl gözlənilməz bir şey oldu. Getdikcə “Safren” böyük bir sürətlə boğazı tərk etməkdə və “Bouvet” gəmisi də onu izləməkdə idi. A xəttini keçmək üzrə olan Fransız gəmisi Bouvetdə bir-iki partlama oldu və Anadolu Həmidiyyə istehkamına atəş açmaqda ikən bir neçə dəqiqədə suların altına qərq oldu. Dərin bir qarışıqlıq yaşanırdı. “Queen Elizabet” və “Agamemnon” xaricindəki bütün gəmilər atəşi kəsdilər. Düşmən hərbçiləri şəxsi heyəti qurtarmağa getdiklərində 20 adam qurtarıla bilmiş, 603 adam suya batmışdı. Təxminən bu ərəfədə minaya düşən Inflexible gəmisinin vəziyyəti pis idi, amma böyük səy ilə Bozcaadaya çatdı. 2-ci diviziyanın İngilis gəmiləri 3-cü diviziyanın yerini alanda bu mənzərə ilə qarşılaşmışdı. Diviziya Namazqah istehkamını borbardman edirdi. Rumeli Həmidiyyə, daha sonra da Namazqah aldığı zərbə ilə döyüş meydanının xaricində qalmışdı.

 Anadolu Həmidiyyə istehkamı ziyan görməmişdi və İrrisistibl gəmisini atəşə tutmuşdu. Elə bu aralarda gəminin yanında qorxunc bir partlama eşidildi. O, qalalardan uzaqlaşmaq istəyərkən bir minaya məruz qaldı. Bu regionda bir gecə əvvəl Nüsrətin tökdüyü minalar heç hesabda yox ikən böyük uğura nail olmuşdu. Bölgənin minalı olduğunu anlayan Admiral de Robek 2-ci diviziyanın geri çəkilməsi üçün əmr verdi. Bunun ardınca geri çəkilərkən Okean gəmisi də minaya düşmüşdü. Güclü top atəşinə baxmayaraq “Okeanın” şəxsi heyəti hərbçilər tərəfindən boşaldıldı.

 18 Martda yaşananlar qarışıqlıq yaratmışdı. Lord Fişer kimi ordusuz bir donanmanın müvəffəqiyyətə çata bilməyəcəyini söyləyənlər haqlı çıxır, de Robek və Çerçil kimi hələ donanma ilə boğazları məcbur edib İstanbula çıxa biləcəyi düşüncəsi yeni hərəkət planları meydana gətirirdi. Bu hadisələr bir daha sübut etdi ki, türk milləti yenilməzdir. Çanaqqalanın keçilə bilməyəcəyini bütün Antanta dövlətlərinə göstərdi. Bu döyüşlərdə tökülən qanların hədər olmadığını dünyaya nümayiş etdirdi.

  Azens.az / Nicat Quluzadə

Oxu 11534 dəfə

Şərh verin.