AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
27 Sent

Google nə zaman yarandı?

Bu məqaləni qiymətləndir
(4 səs)

 Google –internet üzrə  ən böyük axtarış sistemi, Google Inc. korporasiyasına aiddir.

 Google indiki adını 1997-ci il 15 sentyabrda aldı və 1998-ci il 4 sentyabrda isə “Google” şirkəti rəsmən quruldu. Google-nin ilk işçisi Stanford Universitetinin tələbəsi Craig Silverstein idi.

 Google şirkət olaraq 4 sentyabr 1998-ci ildə yaradılıb və 19 avqust 2004-cü ildə xalqa ərz edildi. Bu dövrdə Leri Peyc və Sergey Brin 2014-ci ilə qədər Googledə işləmək üçün Erik Şmidt ilə razılaşdı. Quruluşundan etibarən missiyası tam olaraq "dünyadakı məlumatı təşkil etmək, bunu universal olaraq əlçatan və istifadə edilə bilər hala gətirmək"-dir. Rəsmi olmayan şüarı isə "Do not be evil" (pis olma)-dır. Bu şüar google mühəndisi Amit Patel tərəfindən tapılmış və Paul Buchheit tərəfindən dəstəklənmişdir. Şirkətin mərkəzi Kaliforniyada (Mountain View) yerləşir.

 Stanford Universitetinin tələbələri olan Leri Peyc və Sergey Brin 17 il əvvəl qurulan şirkətin yaradıcıları olaraq “Google Guys” adlandırılırlar. Təxminlərə görə, Google dünya səviyyəsində bir milyondan çox insanla əməkdaşlıq edir. Alexa internetdə ən çox ziyarət edilən sayt olaraq “google.com”-u göstərir.

 "Google nə zaman quruldu?" şəklində bir axtarış edildiyində 4 Sentyabr 1998-ci il tarixi qarşımıza çıxır. Bəs o zaman niyə Google 27 sentyabr tarixində doğum gününü qeyd edir? Çünki Google axtarış mühərriki 27 sentyabr 2005-ci ildə rekord bir indeks sayına çatdı. Bu rekorddan sonra Google-nin doğum günü hər il 27 Sentyabr tarixində qeyd edilir.

 AZENS.AZ \ Jalə Orucova

Oxu 11500 dəfə

Şərh verin.

Comments.