AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
22 Fev

Wi-FI nədir? Necə yaranıb?

Bu məqaləni qiymətləndir
(1 Səs)

 Müasir həyatın olmazsa olmazlarından biri internet ...

 İnternetin olmazsa olmazlarından biri də "Wi-Fi" olaraq bildiyimiz texnologiya. Qısacası "simsiz internet". Əslində tək simsiz internet texnologiyası Wi-Fi deyil. 2G, 3G, 4G və LTE də simsiz internetə bağlanmaq üçün istifadə edə biləcəyiniz sistemlərdir. Ancaq etibarlılıq, sürət və davamlılıq söz mövzusu olduğunda heç biri Wi-Fi ilə yarışa bilmir. Yaxşı amma bu Wi-Fi  nədir? Nə anlama gəlir? Nəyin qısaltmasıdır?

 Wi-Fi kompüterlərin lokal şəbəkəyə birləşdirilməsi və onların internetə qoşulmaq üçün müasir simsiz texnologiyasıdır. Wi-Fi abbreviaturası ilə hal-hazırda radiokanallar vasitəsilə rəqəmsal axınlarının bütöv bir ötürülmə standartlar ailəsi inkişaf edir. Qeyd edək ki, "Wi-Fi" sözü ingilis söz birləşməsi olan "Wireless Fidelity"-dən götürülmüşdür və tərcüməsi təxminən verilənlərin simsiz ötürülməsinin yüksək dəqiqliyi deməkdir.

 WiFi texnologiyası Amerika Birlәşmiş Ştatları federal komissiyanın (1985) hökümәt lisenziyası olmadan simsiz spektrın bir neçә zolağının açılması ilә әlaqәdar qәbul etdiyi qәrar nәticәsindә yaranmışdır.Bu zolaqlar artıq bütün avadanlıqlar üçün istifadә olunurdu, mәsәlәn qızdırıcı peçlәr. Bu tezliklәrdә işlәmәsi üçün avadanlıqlar “spektrın genişlәndirilmәsi” texnologiyasından istifadә etmәlidirlәr. Bu texnologiya sayәsindә radio siqnallar geniş diapazonlu tezliklәrdә siqnalları maneәlәr üçün daha az hәssas vә çәtin tutulan edәrәk genişlәnir . Simsiz şәbәkә tәsis etmә vә quraşdırma xidmәti sahәsindәki tәcrübәmiz göstәrir ki, insanların çoxu WiFi vә ya simsiz şәbәkәnin nә olduğunu bilmir. Biz tez­tez müştәri vә tanışlarnan rastlaşırıq, vә hәr dәfә onlara izah etmәli oluruq ki, WiFi heç dә internet demәk deyil, WiFi satış üçün bir nişandı, üzәrindә WiFi etiketi olan sertifiqatlı avadanlıqlar almaqla, problemsiz işlәyәn mәhsul әldә etmiş oluruq.

 AZENS.AZ

Oxu 16452 dəfə

Şərh verin.

Comments.