AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
01 Noy

CTRL+ALT+DEL – TARİX

Bu məqaləni qiymətləndir
(0 səs)

Ctrl+Alt+Del kimi düymələrin kombinasiyasından sonra açılmış funksional Windows 3.1 versiyasında meydana gəlmişdir və onun üçün yazılmış sözlərin müəllifi məhs Stiv Balmer olmuşdur (Steve Ballmer).

 
Ctrl+Alt+Del funksionalının yaranma tarixi haqqında Microsoft-un proqramçısı olan və The Old New Thing bloqunun müəllifi Raymon Çen danışdı.
 
İlk dəfə Virtual Maşın Meneceri adını daşıyan bu funksional 80386 nüvəsində yaradılan Windows 3.x əməliyyat sistemində hazırlanmışdır. Sözü gedən ƏS-in özəlliyi ondan ibarət idi ki, məhs Windows 3.x həm standart həmdə Genişləndirilmiş rejimdə işləyə bilirdi. Bundan başqa, Genişləndirilmiş rejimin ilk funksiyalarından biri də eyni anda bir neçə 16 bitlik proqram işə salmaq olardı.
 
Bu səbəbdən də cavab verməyən hər hansı bir açılmış proqramı bağlamaq çox çətin idi.  Windows 3.x ƏS-ini yardanlar yarana biləcək problemləri istifadəçilərin asanlıqla aradan qaldıra biləcəkləri bir funksionalı işə saldılar. Virtual Maşın Meneceri işə salmaq üçün istifadəçilər Ctrl+Alt+Del düymələrini eyni anda sıxmalı idilər. Bu funksional o zaman işə salınırdı ki, əgər eyni anda işləyən proqramlardan hər hansısa biri cavab vermirdisə.
 

Menecer pəncərəsi cavab verməyən proqramı bağlamaq üçün üç əməliyyat düyməsinə sahib idi: Proqramı bağlamaq, Komputeri Söndürmək və Meneceri bağlamaq.
 
O zaman Stiv Balmer şirkətin əməliyyatlar sistemi şöbəsinin rəhbəri idi. Bir gün Stiv Microsoftun proqramçıların yanına gəlir və onların işi ilə maraqlanır. Stivə yenicə hazıranmış Ctrl+Alt+Del funksionalını təqdim edirlər. Stivin cavabı belə olur: “Hər şey superdir, amma yazılan mətnlər nəsə qəribə səslənir. Mənə elə gəlir ki, bu sözlər ümumiyyətlə düzgün yazılmayıb”.
 
“Okey Stiv, əgər düşünürsən ki daha maraqlı bir mətn hazırlaya bilərsən, biz sənin yazılarını gözləyəcəyik” – deyə proqramistlər şöbə rəisinə ultimatum verdilər. Stiv bu iddianı qəbul etdi.
 
AzEns.AZ
 
Oxu 227 dəfə

Şərh verin.