AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
02 Okt

Elektron Poçtun tarixi

Bu məqaləni qiymətləndir
(10 səs)

Demək olar ki, edilən bütün informatika ixtiralarının müəllifi məlumdur. Məsələn, 1991-ci ildə ilk sayt yaradıcısı Tim Berners Li,  ilk mexaniki hesab maşınının yaradıcı Odner Vilqod  və.s. Elektron poçtu icad edən şəxsin adı da məlumdur.

 Bu, Amerikadan olan professor Rey Tomlinson  (Ray Tomlinson).   Proqramı sınaqdan keçirmək üçün Tomlinson öz otağındakı şəbəkəyə qoşulmuş iki kompüterdən istifadə etdi. Elektron poçtla ilk məktubu o, elə özünə göndərdi. Tomlinsonun xatirələrində deyilir ki, həmin məktub klaviaturanın yuxarı hissəsində yerləşən böyük hərflərdən idi, təxminən QWERTYUIOP kimi bir sətir.

 1971-ci ildə Tomlinson öz dahiyanə ixtirasını edərkən müasir İnternetin prototipi olan ARPANET şəbəkəsini  (ABŞ Müdafiə Nazırliyinin Perspektiv Tədqiqatlar İdarəsinin Şəbəkəsi)  yaradan BBN şirkətində işləyirdi. O, elektron poçtu rəhbərliyin tapşırığı olmadan, sadəcə şəxsi marağı olduğu üçün yaratmışdı. E-poçtun əsasında Deck firmasının kompüterləri ilə işləyən tədqiqatçı və proqramçıların istifadə etdikləri və artıq mövcud olan mətn məlumatları ötürən bir proqram dururdu. Lakin bu proqramın köməyilə yalnız bir kompüterin istifadəçiləri bir-birilə məlumat mübadiləsi apara bilirdi. Tomlinsona sadəcə digər kompüterlərə də məlumatların ötürülməsi imkanını təmin etmək qalırdı və o, verilənlərin ötürülməsi protokulunu bir qədər dəyişdirdikdən sonra poçt proqramının ilk versiyası alındı.

 Tomlinson dünyada ilk poçt proqramını yaratdıqdan sonra onu iş yoldaşlarına göstərdi və onlardan bu haqda heç kimə danışmamağı xahiş etdi, görünür, müdiriyyətin onu xidməti vəzifəsinə etinasızlıq göstərməkdə günahlandıracağından ehtiyat edirdi. Lakin sonradan elektron poçtdan ilk istifadə edənlərdən biri də onun müdiri Larri Roberts oldu. Bir müddətdən sonra o, bütün işgüzar yazışmalarını elektron formaya çevirdi və nəticədə onun işçiləri də istər-istəməz müdirlərinin yolu ilə getməli oldular.

 Elektron poçtun yayılması XX əsrin 80-cı illərinin ortalarında fərdi kompüterlər meydana gəldikdən sonra kəskin şəkildə sürətləndi. Əlverişli qrafik interfeysə malik Eudora proqramının yaradılması da elə həmin vaxta təsadüf edir.

 Hazırda praktiki olaraq bütün internet istifadəçilərinin ən azı bir və bir neçə poçt ünvanı var. Analitiklərin hesablamalarına görə, 2004-cü ildə ABŞ əhalisinin yarısından çoxu elektron poçtdan istifadə edib, İnternet vasitəsilə hər gün 16 milyarda qədər elektron məktub göndərilib. Azərbaycan Respublikasında isə təqribən 1 milyon insan E-mail istifadəçisidir.

 Elektron poçt hər bir istifadəçisinə unikal poçt ünvanı mənimsədilir. Bu ünvan istifadəçinin adını kompüterin adına bağlamaqla alınır. Kompüterlə istifadəçinin adı bir-birindən  xüsusi işarə olan  «@» ilə ayrılır. @ — “at commercial”  deməkdir. Məsələn, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. . Elektron məktubda alanın və göndərənin ünvanı, “rabitə şöbələrinin möhürləri” — son ünvana çatmazdan əvvəl məktubun keçdiyi kompüterlərin adları göstərilir.

 Rey Tomlinson bu möhtəşəm ixtirasına görə heç bir maddi mənfəət əldə etməyib. O, hazırda elə əvvəlki kimi BBN şirkətində çalışır, yeni elmi işlərlə məşğul olur.

Oxu 27861 dəfə

Şərh verin.

Comments.