AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
27 Okt

Internetə yüklənmiş ilk şəkil hansı olub?

Bu məqaləni qiymətləndir
(1 Səs)

"The Daily Mail" bildirir ki, 20 il əvvəl çəkilən foto internetə ilk dəfə yüklənmiş şəkildir. "Motherboard" saytı həmin fotonun tarixçəsini araşdırıb.Fotoqraf Silvano de Cennaronun çəkdiyi bu fotoda CERN-də çalışan xanımlar əks olunub.

 Qeyd edək ki, ilk saytı da CERN şirkətinin işçisi yaratmışdır. Sayt info.cern.ch adını daşıyır. O, 1991-cı il 6 avqustda tarixə düşərək ilk Web sayt yaradıcısı oldu.

 Azens.az saytının məlumatına görə, "internetin atası" sayılan Tim Berners Li həmin dönəmdə CERN laboratoriyasında çalışırdı. Berns və onun qrupu internet şəbəkəsini yoxlamaq üçün bu fotonu ilk dəfə dünya veb şəbəkəsinə yükləmişdilər.

 Layihədə çalışmış Jan-Fransua Qroff danışır: "Rəhbərliyi CERN-in internetə qoşulmasına razı salmaq üçün virtual şəbəkənin nə qədər xeyirli olduğunu göstərməliydi. Bu səbəbdən də internetə yalnız ciddi kontent yükləmişdik. Lakin sonra qərara gəldik ki, əyləncəli nə isə edək".

 Fotonun "Photoshop"da işlənmiş versiyasının üzərində ""Les Horribles Cernettes" (CERN-in qorxunc qızları) yazılmışdı.

Oxu 14820 dəfə