AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
17 Mart

"@" işarəsinin tarixi

Bu məqaləni qiymətləndir
(2 səs)

“@” işarəsini koreyalılar “ilbiz”, ruslar, ukraynalılar, moldavanlar “sobaçka” (balaca it), , türklər “qızılgül”, finlandiyalılar “yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası” və s. kimi adlandırırlar. Gəlin, bu işarənin tarixi ilə maraqlanaq.

 4 May 1536-cı ilə Francesco Lapi adlı Floransalı bir tacirin yazdığı bir məktubda @ işarəsinin ilk istifadəsinə rast gəlinib. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsini istifadə etmişdi. Əvvəllər @ işarəsi ticarətdə istifadə olunsa da, hazırda işarə texnologiyada istifadə edilir. Zaman üçün istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq "dənəsi 5 manatdan 10 məhsul" kimi bir tərif istifadə etmək yerinə "10 məhsul @ 5 manat" deməyə başladılar.

 Hər bir e`maildə @ işarəsinə rast gəlinir. "@" e-mail ünvanının bir parçası olaraq ilk dəfə 1971-ci ildə Rey Tomlinson tərəfindən istifadə edildi. Proqramı sınaqdan keçirmək üçün Tomlinson öz otağındakı şəbəkəyə qoşulmuş iki kompüterdən istifadə etdi. Elektron poçtla ilk məktubu o, elə özünə göndərdi və @ işarəsini seçdi.

 “@” simvolu klaviş kimi ilk dəfə 1885-ci ildə yazı makinasının klaviaturasında yer almışdır. 1980-ci ildə “@” işarəsi beynəlxalq standart kimi təsdiqləndi.

 AZENS.AZ

Oxu 2587 dəfə