Malaziyada "ağ qəhvə" qəhvə çəyirdəyinin marqarinlə qovrulmasından sonra əldə edilən qəhvə növüdür. Ağ qəhvənin vətəni Malaziyanın İpox şəhəri hesab olunur. Elə bu səbəbdən də onu çox zaman "İpox Qəhvəsi" adlandırırlar. Malaziyada bu qəhvəni adətə görə nahardan sonra içirlər.
Hazırda İpox ağ qəhvə şəhəri adlanır, hər il şəhərə bu qəhvədən dadmaq üçün minlərlə turist gəlir.
Belçika mütəxəssislərinin istehsal etdiyi ağ qəhvə - “Mara” adlanır. Bu ərzaq qara qəhvəyə nisbətən bir sıra üstün cəhətlərə malikdir. Ağ qəhvə idmançılar və mədəsi xəstə olanlar üçün daha faydalıdır. Mütəxəssislər hesablamışlar ki, ağ qəhvədə kofein qara qəhvədə olduğu qədərdir. Ancaq ağ qəhvə orqanizm tərəfindən daha yaxşı həzm olunur.
AZENS.AZ