Vətənimiz onlarla dünya şöhrətli şahmatçılar yetişdirmişdir. Bu şahmatçılardan biri də Vüqar Həşimovdur.
Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. Artıq 9 yaşında Azərbaycan çempionu idi. Qatıldığı beynəlxalq yarışların əksərində ikinci yer tutduğundan “gümüş oğlan” ləqəbi qazanmışdır. Vüqar Həşimov 2009-cu ildə Azərbaycan yığmasının heyətində Serbiyada keçirilmiş Avropa çempionatında qalib gəlir. 2011-ci ildə Vüqar 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən mötəbər Recco-Emiliya turnirinə qatılır və qalibiyyət qazanır. Şahmatçı Azərbaycan yığmasının heyətində dörd dəfə Şahmat Olimpiadasında iştirak etmişdir.
İstedadlı şahmatçı FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında 11-ci yerdə qərarlaşmışdır. FİDE-nin siyahısında Azərbaycan şahmatçıları Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov dünyanın ən güclü 20 şahmatçısı sırasında yer almışlar. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olmuşdur.
2012-ci ildə Azərbaycan şahmat üzrə Avropa çempionu oldu, qalibiyyət gətirən şahmatçılarımız Qələbələrini səhhəti səbəbiylə yarışmaya qoşula bilməyən Vüqar Həşimova həsr etmişlər.
Vüqar Həşimov 2014-cü il 11 yanvar tarixində Almaniyanın Heldelberq klinikasında ağır xəstəlikdən vəfat etmişdir. Allah Rəhmət Eləsin!
AzEns.AZ