2 . Leonardo saçılma prinsipini icad etmişdi.
O , yaratdığı dağınıqlıqda, rütübətdən əmələ gələn ləkələrə, külə, buludlara, palçığa baxaraq məşq etməyi məsləhət görürdü. Leonardo bilərəkdən çalışdığı otağı tüstü ilə doldururdu. Tüstüdə o, obrazları axtarırdı. Saçılma effektinin sayəsində Cakondanın parıltılı gülüşü əmələ gəlib. Tamaşaçıya nəzər baxışından asılı olaraq qəhrəmanın ya incə gülümsədiyi, ya da hiyləgərcəsinə gülümsədiyi gəlir. Mona Lizanın ikinci möcüzəsi onun diri olmasındadır. Əsrlər ərzində onun dodaqlarının kənarları getdikcə yuxarı qalxır. Dahi şəxsiyyət əsərlərində müxtəlif elmlərin biliklərini toplayırdı. Ona görə onun ixtiraları vaxt ötdükcə daha çox tətbiq olunur. Onun 120 kitabı bütün dünyada yayılıb və tədricən insanlıq onları özləri üçün kəşf edir.
3 . Leonardo bütün digər üsullar arasında analogiya üsuluna üstünlük verirdi.
Analogiyanın təxminliyi tasım üsulunun dəqiqliyindən daha üstündür. Rəssamın insan bədəninin mütənasibliyini sübut edən əsəri onun analogiya üsuluna müraciət etməsinin nümunəsidir. Yana doğru açılmış əllər və ayaqlarla insan fiquru dairənin içinə yerləşir. Birləşdirilmiş ayaqlar və yuxarıya doğru qaldırılmış əllərlə insan fiquru kvadratın içinə yerləşir. Və xaç əmələ gəlir. Bu cür “dəyirman” bir çox ideyaya başlanğıc verib. İlk olaraq Leonardodan bəhrələnib kilsələrin layihələri düzəldilmişdi. Layihələrə əsasən ibadətgahı mərkəzdə, dua edən camaat isə onun ətrafında yerləşən kilsələr tikilmişdi.
4 . Leonardo kontrapost qaydasından ziddiyyətlərin təzadı – istifadə etməyi sevirdi.
Kontrapost hərəkət yaradır. Korte Vekkioda nəhəng atın heykəlini düzəldəndə o, atlının ayaqlarını kontrapostda yerləşdirir. Bu xüsusi sərbəst gediş illuziyanı yaradırdı. Heykəli görən hər kəs daha sərbəst durmağa çalışırdı.
5 . Leonardo heç bir zaman əsərlərini tez bitirməyə çalışmırdı.
Yarımçılıq- həyatın mütləq xüsusiyyətlərindən biridir. Bitirmək öldürmək deməkdir! Sürətsizlik ixtiraçının fərqli cəhədlərindən biri idi. Demək olar ki, onun əsərlərinin əksəriyyəti sonuna qədər bitməyib. Bir çoxları suda, odda xarab olsalar da, lakin rəssam onları düzəltmirdi.