Nərd oyununun qədim tarixi var. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Nərd oyunu qaydaları tarixən astroloji görüşlərdə (münəccimlik) izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkəsində mövcud imiş.
Azens.az saytının məlumatına görə, nərdin 24 xanəsi günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir.
Yek ― (bir) Tanrının təkliyinə
Dü ― (iki) Fani və baqi dünyaya
Sə ― (üç) Nəbatət, heyvanat və təbabətə
Cahad ― (dörd) Od, su, torpaq və havaya
Pənc ― (beş) duyma, eşitmə, görmə, dadbilmə və iybilməyə
Şeş ― (altı) aşağı, yuxarı, sağ, sol, ön və arxaya işarədir.
Zərdə qarşı-qarşıya duran üzlərdəki xalları topladıqda 7 alınır ki, bu da yeddi planetin rəmzidir.