İnauqurasiya – prezident seçkilərində qalib gəlmiş namizədin andiçmə mərasimidir. İnauqurasiya mərasimi hər bir ölkədə özünəməxsus bir proqram üzrə təşkil edilir. İnaqurasiya mərasimini təşkil edən və bu mərasimə bir başa cavabdeh olan şəxsə – heroldmeyster deyilir. Heroldmeyster - inauqurasiya mərasimi başlayandan sona çatanacan bir başa cavabdehlik daşıyır.
İnauqurasiya zamanı prezident seçilmiş şəxs diz çökərək müqəddəs sayılan dövlət bayrağını öpməli, konstitusiyaya və dini kitaba əl basaraq and içməlidir. Bu mərasimdə istifadə edilən konstitusiya nəfis formada, xüsusi formatda, yeganə nüsxədə nəşr edilir və prezident kitabxanasında “7 möhür” arxasında saxlanılır (bayraq və dini kitab da – həmçinin). Bu əşyalar yalnız andiçmə mərasimlərdə(inauqurasiyada) istifadə olunur.
İnauqurasiya zamanı bayraqı öpüb, konstitusiyaya və dini kitaba əl basaraq andiçmə mətnini söylədikdən sonra prezident toplantı iştirakçılarına üzünü tutaraq inaqurasiya nitqi söyləyir. Bu zaman toplardan yaylım atəşləri (salyut) açılır. Bu da onu göstərir ki, ölkədə tarixi hadisə olmuşdur – yəni, ölkənin prezidenti seçilmişdir. Toplardan yaylım atəşlərinin açılması bir də onu sübut edir ki, prezident həm də, ölkənin Ali Baş Komandanıdır. Toplardan açılan yaylım atəşlərdən sonra son həlledici hissə baş verir. Prezident təntənəli surətdə zalı tərk edir. Bir çox ölkələrdə Prezident zalı tərk edib, açıq havada “Prezident alayı”nın paradını qəbul edir.
AzEns.AZ