• Tailand
Bu ölkə sizə sərfəli sığınacaq verməyə hazırdır. Əsrarəngiz yer hesab olunan Çianq Mayda ən gözəl otaqda ayda 30 $-a qalmaq mümkündür. Burda ərzaq da olduqca ucuz qiymətədir.
• Kamboca
Bəlkə də, inanmayacaqsız, amma Kambocaya gələn turistlərin sayı hər il artır. Bura yeməyə cəmi 2 $ xərciniz çıxacaq, əgər restorana üz tutsaz məbləğin iki qatı, yəni 4 $.
• Filippin
Bu ekzotik ölkə sizə xoş hisslər bəxş etməyə hazırdır. Böyük şəhərdə ev kirayəsi 360 $-dır. Turistlərin sevdiyi məkan qolf meydançaları, çimərlikləri ilə məşhur olan Sebuda qiymətlər daha ucuzdur - 150$. Böyük qədəhdə pivə və bir qutu siqaret 55-60 sentdir.
• Kosta-Rika
12 fərqli iqlim qurşağı, unikal təbiət və mədəniyyəti olan gözəl ölkədə ucuz yaşayış təklif olunur. San-Xose dünyanın ən ucuz ölkələrindən hesab edilir. Ekzotik mətbəxdə yemək - 4 $.
• Beliz
“İngilis Hondurası” kimi tanınan Beliz 1981-ci ildə müstəqillik əldə etmişdir. 300 $-a ölkədə yaxşı şəraitdə qalmaq mümkündür.
Azens.az