1922-ci ildə Amerika arxeoloqu Karter Misir fironu Tutanhamonun sərdabəsində çox zəngin dəfinə, o cümlədən, fironun ölümündən sonra hazırlanmış qızıl niqabını tapmışdılar. Bundan sonra bədbəxt hadisələr başlandı.
1924-cü ildə İngiltərə tədqiqatçıları A.Rid və H.Uayt da ölmüşdülər. Dörd ildən sonra Karterin köməkçisi A.Mak, onun ardınca isə Tutanhamonun mumiyasına ancaq ötəri nəzər salmış bir Amerika milyarderi həyatdan getmişdir. O zaman fironun “lənəti” haqqında əfsanə də yaranmışdır. Lakin Fransa həkimi K.Filipp müəyyən etmişdir ki, ölənlərin əksəriyyəti çox güclü allergiyaya tutulublarmış. Onun fikrincə bu adamlar 3.300 il əvvəl Tutanhamonun sərdabəsinə qoyulmuş meyvələrin və tərəvəzin üstünü basan kifin tozları ilə nəfəs almışdılar.
Firon “lənəti” ilə bağlı daha çox sensasiyaya səbəb ola biləcək, yuxarıda deyilənləri bütün alt-üst edəcək başqa bir fakt da vardır. Bundan sonra gələcək məqaləni oxuyun.
Azens.az/ Orucova Jalə