Sovet
hakimiyyəti rejimi antitürk meyilliliyi ilə çalışıb ki, azərbaycanlıların türkəsilli,
türkköklü olduqları ideyasını beyinlərindən silməyə çalışıb. Bu səbəbdən də
bütün dünyanı belə bir dəhşətli yalana inanmışdılar ki, guya 1936-cı ilədək nə
Azərbaycan xalqı, nə də ki, Azərbaycan olmuşdur. Stalindən sonra isə bütün
dünyadakı erməni diasporu bu estafeti qəbul etdi və indinin özündə də uğurla həyata
keçirir.
Bununla
bağlı Azens.az tarixi faktlara istinad edərək, “Azərbaycan” sözünün və azərbaycanlıların
kökünün hara bağlandığı haqda öz oxucularına qısa bir informasiya təqdim edir:
İndi azərbaycanlılar
adlandırılan Azərbaycan türkləri çox keçmiş zamanlardan bu torpaqlarda yaşayıb
yaradıblar. Məhz indiki azərbaycanlıların əcdadları səlcuqlar imperiyası, Azərbaycan
atabəyləri, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Avşarlar və Qacarlar dövləti
kimi qüdrətli dövlətlər yaratmışlar.
Orta əsrlərin
ən məşhurları Yaqut əl-Həməvi, İstahri, Rəşidəddin,
Həmdullah Qəzvini, İsgəndər Münşı və digərləri öz əsərlərində
Azərbaycan türklərinə yüzlərlə səhifələr həsr etmişlər. Onların öz əsərlərində
Azərbaycan Ön Şərqdə mədəniyyət ocağı hesab edilən türk dövləti olduğunu təsdiq
etmişlər. Bu da Azərbaycanın və Azərbaycan türklərinin qədimiliyini və yüksək mədəni
inkişafa malik olduğunu sübuta yetirmək üçün kifayətdir.
E.ə. IV əsrdə Əhəmənilər imperiyasının
parçalanması nəticəsində Azərbaycan adlı müstəqil dövlət yaranmışdır. O
zamanlar yunanlar bu müstəqil dövləti “Atropatena” kimi tanıyırdılar ki, müasir
“Azərbaycan” sözü də bundan yaranmışdır.
XII-XIII əsrdə
Cənubi Qafqazı, İranı, İraqı əhatə edən böyük bir əraziyə malik Azərbaycan atabəyləri
dövləti mövcud idi. Məsələn: XII əsr ərəb tarixçisi Yaqut əl- Həməvi qeyd
etmişdir ki, “Azərbaycan – böyük və qüdrətli dövlətdir və əsasən də, dağlıq
yerdir. Burada çoxlu qalalar, var-dövlət, ucsuz-bucaqsız meyvə bağları,
saysız-hesabsız bulaqları, çayları və s. vardır. Mən hələ belə varlı, bərəkətli
bir yer görməmişəm”.
Hələ XII əsrdə
Yaqut Azərbaycanı ölkə deyil, dövlət adlandırmışdır.
Orta əsrlərdə
bütün dünyada dövlətlər onu idarə edən sülalənin adı ilə adlandırılırdı. Orta əsrlər
Azərbaycanında bu Şirvanşahlar, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və
sairə. Orta əsrlərdə Azərbaycan əhalisinin əksəriyyətini türklər təşkil edirdi.
Bu səbəbdən də qonşu ölkələr onu türk dövləti kimi tanıyırdı.
O zamanlar, orta əsr coğrafiyaşunasları və tarixçiləri Azərbaycan türkləri dedikdə, səlcuqları, oğuzları, türkmənləri, qaraqoyunluları, ağqoyunluları, qızılbaşları və sairələrini nəzərdə tuturdular. Belə ki, bunların hamısı da müasir azərbaycanlıların əcdadlarıdır. Bu əcdadlar da müasir azərbaycanlılara türk dilini, “türk” etnonimini, türk mədəniyyətini və özünüdərki bir miras qoyub getmişlər.
AzEns.AZ