«Əlhəmdulillah» kəlməsinin anlamı


 Əlhəmdulillah kəlməsi  "Şükür Allahadır, Allaha şükürlər olsun" kimi tanrıya sevgi və hörməti ifadə edən bir sözdür. Hər birimiz bir qul olaraq Allahın verdiyi nemətlərə dilimizlə şükr edərək “Əlhəmdulillah” deyirik.


 Əlhəmdulillah kəliməsinin ərəbcə yazılışı : الحَمْد لله , kəlimənin mənası isə: "Həmd Allaha məxsusdur; Allaha həmd olsun, şükürlər olsun ”.


 Əlhəmdulillah fəzilətli bir kəlmə olub, təsbeh çəkərkən də zikr edilən qiymətli bir sözdür. Bu sözün fəzilətini aşağıdakı kimi sadalamaq olar:

  Hədisi-şəriflərdə deyilir:

  - İnsanların ən gözəli çox həmd edənlərdir. 


 Hz. Həzrət Məhəmməd (s) belə buyururdu: "Allaha həmd edərək başlanmayan hər hansı bir vacib iş nəticəsiz qalacaqdır." (Əbu Davud, Ədəb, 18/4840). 


 Əlhəmdulillah kəlməsi İslamın yayıldığı ərazilərdə sıx və gündəlik istifadə olunur. Sadəcə müsəlmanlarda deyil, ərəbcə danışanlar və ya müsəlman əhali ilə birlikdə yaşayan qeyri-müsəlmanlar arasında da istifadə edilməkdədir.


 AzEns.AZ


Tweet 309