Müasir hərbi salamlaşma ənənəsi öz başlanğıcını Böyük Britaniyadan götürmüşdür.
Əvvəllər demək olar ki, dünyanın hər yerində, orduda aşağı rütbəlilər yüksək rütbəliləri salamlayarkən şlyapalarını çıxarmalı imiş, əsasən də Böyük Britaniyada. XVIII- XIX əsrlərdə B. Britaniya ordusunda hərbi baş örtüyü çox iri olduğundan onu hər dəqiqə çıxarıb-taxmaq çətinlik yaradırdı. Bu səbəbdən də hərbidə salamlaşma, sağ əldəki barmaqların ucunu alına toxundurmaqla sadələşdirildi.
Məlum olduğu kimi, hərbi salamlaşma ilk dəfə 1745-ci ildə Koldstrim alayında, İngiltərə kraliçasının elitar qvardiyasının şəxsi mühafizə bölməsində rəsmiləşdirildi. Alay qvardiyasının nizamnaməsində belə yazılıb: “Şəxsi heyətə əmr verilmişdir ki, artıq, zabitlərə salam verərkən və ya müraciət edərkən, şlyapa çıxarılmamalı, əvəzində, sadəcə olaraq sağ əldəki barmaqların ucu papağa toxundurularaq, tənzim edilməlidir”.
1762-ci ildən isə hərbi salamlaşma ilə bağlı şotland qvardiyasının nizamnaməsi daha da qətiləşdirilir. Nizamnamədə deyilir: “Hər addım başı şlyapanı çıxarmaq narahat olduğundan, şlyapanın tutacağının çox tez kirlənib çirkləndiyinə görə, əmr olunur ki, hərbi salam verərkən ovucu papağa toxundurmaq kifayətdir”. Bu əmrə əks təsirlər göstərilsə də, yenə də öz qüvvəsində qalmışdır.

Çar Rusiyasında isə hərbiçilər salamlaşarkən iki barmağı (göstərici və orta barmaq) alına, qaşın üstünə qoyurdular. Bu ənənə hal-hazırda Polşada mövcuddur.
Azərbaycanda hərbi salam Azərbaycan Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun yerinə yetirilir. Bütün qoşun növləri həmçinin,polis və xüsusi xidmət orqanlarının əməkdaşları bu Nizamnamənin tələblərində qeyd olunan hərbi salam qaydasına əməl edirlər. Nizamnamədə yazılır:
- Hər bir hərbi qulluqçu özündən böyük komandir və ya rəislərə hərbi salam verməyə borcludur;
- Hərbi salam verərkən sağ əlin barmaqların birləşik vəziyyətdə baş geyiminə elə yaxınlaşdırmaq lazımdırki,orta barmaq qaşın qurtaracağ hissəsindən bir neçə milli aralı və əlin içi görülməmək şərti ilə qol yerə paralel olsun;
- Hərbi qulluqçunun əgər baş geyimi yoxdursa,o yaxınlaşan rəisi Farağat vəziyyətində gözü ilə müşahidə edərək ondan aralaşmağını gözləməlidir;
- Əgər hərbi qulluqçu böyük rəisin yanından keçirsə o,rəisə üç addım qalmış hərbi salam verib tam addım atır və ümumi altı addım ataraq onun yanından sovuşur.
AZENS.AZ \ Jalə Orucova