İlk karantin qanunları harda tətbiq olunub?


 Karantin - yoluxucu bir xəstəliyə məruz qalan şübhəli insanları və heyvanları xəstəliyin ən uzun inkubasiya dövrünə bərabər olan bir müddətə sağlamlığa təcrid etməklə alınan bütün ehtiyat tədbirləri.

Sözün kökü italyancadan gəlir, "qırx" (40) mənasını verir. XVI əsrdə Venesiya Respublikasının əsas gəlir mənbəyi dəniz ticarəti idi, buna görə də ölkəyə tez-tez başqa ölkələrdən gəmilər gəlirmiş. Başqa ölkərdən gələnlərin özləriylə xəstəlik gətirib şəhərdə yayılmaması üçün Venesiya dövləti gəmiləri 40 gün şəhər ətrafında saxlayırdı. 


 İlk dəfə karantin qanunları 1374-cü ildə Reco-Nel-Emilya şəhərində tətbiq olundu; buna səbəb İtaliyada "qara ölüm" kimi tanınan vəba xəstəliyinin yayılması idi. Tezliklə Adriatik və Aralıq dənizi sahillərində yerləşən bir çox şəhər də Misirdən və Konstantinopoldan gələn gəmilərə bu qanunları tətbiq etməyə başladı. Karantin normalarını pozmağın cəza üsulları son dərəcə qəddar idi; məsələn,  Cenevrədə qayda pozanlar yandırıldı və 1629-cu ildə Din-le-Ben şəhərində sakinlərə ölüm cəzası verilirdi. 


 AzEns.AZ


Tweet 403