Platonun "yaratdığı" - Platonik sevgi nədir?


 Platonik sevgi  günlük həyatımızda əslində tez-tez istifadə edilən bir ifadədir. Platonik sevgi  - müasir mənada cinsi əlaqəsi olmayan virtual və duyğusal sevgidir. 


 Platonik sevgi termini öz adını qədim yunan filosofu Platondan götürür. Platon bu sevgi tərzini təsvir edən ilk şəxsdir. Bir kitabda (simpozium dialoqu) Platon sevgi hissinin necə meydana gəldiyini və necə inkişaf etdiyini izah etməyə çalışır - həm cinsi, həm də qeyri-cinsi yollarla.


 Platon insanların ruh və bədəndən meydana gəldiyini və ruhun düşüncə aləmində olduqda cismin maddi dünyaya aid olduğunu bildirir. Bundan əlavə, ruh yerləşdiyi  bədənlə birlikdə olmalıdır, lakin iki həqiqət bir-birindən tamamilə müstəqildir. Bir sözlə, platonik sevgi ruha və zehnə ilham verir.


 Marsilio Ficino XV əsrdə "platonik sevgi" terminini istifadə edən ilk insan olmuşdur. Marsilio onu bir insanın xarici görünüşünə deyil, zəkasının və xarakterinin gözəlliyinə yönəlmiş sevgini təsvir etmək üçün istifadə etmişdir. 


 Platonik sevgi əsasən, cinsi istəyi olmayan bir sevgidir. Dünya psixoloqlarına görə, bu sevgini dadmayan insan çox azdır. Bəziləri məktəb müəllimlərinə, bəziləri məşhur futbolçuya və ya aktyora platonik olaraq, aşiq olurlar. Qədim yunan filosofu Platonun idealist fəlsəfəsinə əsaslanaraq, əslində mövcud olmayan və həyata keçirmək olduqca çətin olan bir ehtirasın tərifini ifadə edir.


 AzEns.AZ


Tweet 474