Pravoslav və katoliklər arasında fərq


 Dünyanın ən böyük iki xristian məzhəbi olan pravoslav və katoliklər 1054-cü ildə bir-birlərindən ayrılmışlar.Amma çox az adam var ki, katolik və pravoslav arasında olan fərqləri bilirlər, həmin bu fərqləri sizin üçün aydın göstərəcəyik: 


1.  Pravoslavların xaçı katoliklərin xaçından fərqlənir. Belə ki, katoliklərdə xaç sadəcə 4 güşədən, pravoslavlarda isə 6 və ya 8 güşədən ibarət olur. Bundan əlavə, çarmıxa çəkilmiş İsa Məsihin şəkillərində də fərqi görmək çətin deyil. 


2.  Katolik və Provoslav Kilsələri Vahid Kilsə anlayışını müxtəlif cür başa düşürlər. Provoslavlar sadəcə kilsəyə inamın və kilsədə bir sirrin-sehirin olmasını əsas hesab edirlər, katoliklər isə bunlardan əlavə, kilsənin başında – Papanın da olmasını mütləq hesab edirlər. 


3.  Katolik kilsəsi nikahı müqəddəs hesab edir və boşanmaya qəti qadağa qoyur, Pravoslav kilsəsi isə müəyyən hallarda boşanmaya icazə verir.


4.  Katoliklər mənəviyyat və inam təbliği baxımından Kilsənin başında Papanın olmasını məqbul sayır, provaslavlar isə bunu qəbul etmirlər.


5.  Pravoslavlar 3 barmaq ilə sağdan sola xaç çəkirlər, katoliklər isə soldan sağa. Katoliklərdə xaç çəkərkən barmaqların necə tutulması barədə heç bir qayda yoxdur və bu səbəblə katoliklərdə xaç çəkərkən barmaqların tutulmasının bir neçə variantı mövcuddur. Katoliklər dua edərkən dizi üstə çökürlər, pravoslavlar isə ayaq üstə dururlar.


6.  Katoliklər inanırlar ki, Müqəddəs Mariya ruhən və cismən Səmalarda gəzir. Pravoslavlar da buna şifahi olaraq inanırlar, amma bu haqda pravoslavlarda nə bir yazı var, nə də bu haqda bir söz deyilir.


7.  Roma – Katolik kilsələrində dini mərasimlər zamanı duzsuz, mayasız çörəkdən istifadə edilir, provaslav kilsələrinin keçirdiyi dini mərasimlərdə isə mayalı xəmirdən bişirilmiş çörəyə üstünlük verilir.


8.  Pravoslavların ikonalarında Müqəddəs hesab edilənlər ikili ölçüdə, başqa bir aləmdəki kimi (yəni-ruh kimi) təsvir edilirlər, amma katoliklər də isə natural, yəni - bir heykəl kimi təsvir olunurlar...


9.  Müəyyən şeylərə fərqli baxışları olsa da, katoliklər də, pravoslavlar da bir təlimə - İsa Məsihin təliminə iman gətirir, İsanın təlimlərini təbliğ və tədris edirlər.


 Nə vaxtsa insanların yanlış düşüncələri və səhvləri dinləri və insanları bir-birindən ayırsa da, ALLAHın Vahidliyi hamını birləşdirir.


 AzEns.AZ

Tweet 1234