Şotland Milli Geyimi - Kilt


Şotlandiyada toy və ya xüsusi günlərdə geyinilən bu ətəklər əslində milli qürurun və ailə, klan əlaqələrinin əhəmiyyətli bir simvoludur.


Şotland kişilərinin geydiyi kilt 500 illik keçmişində olduqca çox dəyişikliyə məruz qalsa da, hal-hazırda da şotlandların ənənəvi simvollarının başında gəlməkdədir. Kilt geyinmə adəti təxmini 1500-cü illərə söykənir, şotlandlar əvvəllər bu geyimi ov üçün istifadə edirdilər.

 

İngiltərənin müstəmləkəsi olan Şotlandiyada 1747-ci ildə o dövrdə hökm sürən İngiltərə kralı II Georqun (George) əmri ilə kilt geyilməsi qadağan edildi. Ancaq şotlandlar və bütün xalq Krala etiraz edərək kilt geyinməyə və ənənələrini qorumağa davam etdilər. Kilt geyiminə qoyulmuş qadağa 1782-ci ildə ləğv edildi, ancaq kilt Şotlandiya sosializminin əhəmiyyətli bir simvolu vəziyyətinə gəldi. Şotland kişiləri zamanımızda da xüsusi günlərdə və mərasimlərdə kilt geyinməyə davam edirlər.

 

Kilt tərcümədə “vücuda dolanan geyim” deməkdir. Şotlandiya kostyumu: pencək, köynək, qalstuk, kilt, kilt iynəsi, dizə qədər yun corab, lent və yüngül kostyum ayaqqabılarından ibarətdir. Ayrıca kilt şotlandlar üçün gücün, romantikliyin və dramatizmin də ən böyük simvoludur.


  AzEns.AZ/ Jalə Orucova


Tweet 567