Tarixin ölümcül virusları və nəticələri


 Hər gün yeni bir virus ortaya çıxsa da, bu yazıda bəşəriyyətə təsir edən və təəccübləndirən viruslar haqqında məlumat verəcəyik. 


 Ebola virusu

 Beş fərqli növü olan Ebola virusunun üçü insanı öldürməsə də, digər ikisı insanları məhv edir. Qan və ya digər bədəndaxili mayelər ilə heyvandan və insandan keçə bilən bu virusun qızdırma, baş ağrısı və zəiflik kimi müxtəlif simptomları olur. Keçmişdə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub. Virusun ən son yayılması 2018-ci ilin avqust ayında Konqo Demokratik Respublikasında qeydə alınıb. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir. 


 Marburq virusu

 Hələ dəqiq müalicəsi tapılmayan bu virus heyvan və insanlardan toxunma vasitəsilə də ötürülə bilir. Bu virus yoluxduğu 10 nəfərdən 9-unu öldürür, virusun ilk simptomları qızdırma, titrəmə, baş və əzələ ağrılarıdır. Marburg virusu ilk dəfə 1967-ci ildə Yuqoslaviyanın Belqrad (indiki Serbiya) və Almaniyanın Frankfurt və Marburq şəhərlərindəki laboratoriyalarda qanamalı qızdırma epidemiyası meydana gəldikdə təsbit edildi.


 Koronavirus

 2019-cu ilin dekabr ayında Çində meydana gələn və Covid-19 adlanan xəstəliyə yol açan koronavirus Antarktida istisna olmaqla, bütün qitələrə və 118 ölkəyə yayıldı. Koronavirusun simptomları hər hansı bir qrip və ya yuxarı tənəffüs yoluxmasına çox oxşardır. Tarixdəki ən pis bu növ qrip epidemiyası 1918-1919-cu illərdə baş vermiş, yarasa və quşlardan yayıldığı bildirilmişdir. Bu epidemiya zamanı 50 milyon insan ölmüşdür. Əsas simptomları öskürək, baş ağrısı, yüksək hərarətdir. 


 Quduzluq virusu

 1920-ci illərdə müalicəsi tapılan quduzluq virusu hələ də Əfqanıstan və Hindistan kimi ölkələrdə insanları öldürməyə davam edir və erkən tədbir görülmədiyi üçün hər il ölkəmizdə 60 min insan quduzluqdan ölür. Dişləmə yolu ilə ötürülə bilən məməlilərin tüpürcək bezindəki quduzluq virusu üçün mütəxəssislər ən kiçik şübhənin belə əsas götürülməsini söyləyirlər. Simptomlar virusun inkubasiya dövrü keçdikdə görünməyə başlayır, bu isə insanın sağlamlığına qovuşması üçün çox gec olur. 


 Hantavirus 

 Koreya müharibəsi zamanı aşkar edilən böyrək sindromu (HFRS) və 1993-cü ildə ortaya çıxan hantavirus ağciyər sindromuna (HPS) səbəb olur. Hantaviruslar təbiətdə çox növü olan və bəziləri insanlarda xəstəlik yarada bilən viruslardır. Təbiətdəki hantavirusun mənbəyi siçanlar və ona oxşar kiçik gəmiricilərdi. Xəstəlik birbaşa insandan insana ötürülmür, virus daşıyan canlıların nəcisləri və mayelərindən də keçə bilir. Hantavirusun əsas əlamətləri əzələ yorğunluğu, atəş, küt ağrıdır . Yoluxmuş şəxsdə isə baş ağrısı, başgicəllənmə, ishal, qusma, ürək bulanması kimi simptomlar əsas götürülür. 


 AzEns.AZ 

Tweet 505